https://sputnik.az/20240722/azerbaycan-mediasi-cenubi-qafqazla-bagli-informasiya-menbeyi-rolundadir---resad-mecid-466172233.html
Azərbaycan mediası Cənubi Qafqazla bağlı informasiya mənbəyi rolundadır - Rəşad Məcid
Azərbaycan mediası Cənubi Qafqazla bağlı informasiya mənbəyi rolundadır - Rəşad Məcid
Sputnik Azərbaycan
MŞ sədri bildirib ki, söhbət yalnız xarici dildə xəbər yayıcılığından getmir, eyni zamanda, dünyanın anladığı dildə düşünmək, təhlil etmək bacarığı da... 22.07.2024, Sputnik Azərbaycan
2024-07-22T22:33+0400
2024-07-22T22:33+0400
2024-07-22T22:33+0400
rəşad məcid
cəmiyyət
milli mətbuat günü
həsən bəy zərdabi
https://cdnn1.img.sputnik.az/img/41437/96/414379685_0:0:2001:1125_1920x0_80_0_0_bec2148ad12fbf4bf2f2c06d5d31150d.jpg
BAKI, 22 iyul — Sputnik. "Azərbaycan mediası dünyanın Cənubi Qafqaz regionu ilə bağlı vacib informasiya mənbəyi rolunda çıxış edir". Bu sözləri Milli Mətbuat Günü ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid söyləyib. O bildirib ki, bugünkü Azərbaycan mediası daim inkişafa can atan, özündə tarixi ənənələrə sadiqliyi və müasirliyi yaşadan dinamik, cəmiyyət həyatının müxtəlif sferalarına nüfuz etməyi bacaran, buna daim can atan mütəhərrik strukturdur. Elə bir sahə yoxdur ki, media həmin sahə ilə bağlı ictimaiyyəti məlumatlandırmasın. "Çünki Azərbaycan regionun lider ölkəsidir, yaşadığımız coğrafiya ilə bağlı bütün vacib qərarlarda müstəsna rola malikdir. Bu günün Azərbaycanı o qədər güclü inkişaf edir ki, medianın da bu inkişafa adekvat reaksiya verməsi, tələblərə uyğun, adekvat fəaliyyət göstərməsi mütləqdir. Adekvatlığın qorunması üçün isə peşəkarlığın daha da artırılmasına ehtiyac duyulur. Biz hər zaman deyirik ki, Azərbaycan mediası dünya mediasına inteqrasiya etməli, onun tərkib hissəsi olmalıdır. Nəzərə alsaq ki, dünyanın da gözü Cənubi Qafqazdadır, məsələ daha aktual səciyyə daşımaqdadır. Deməli, mediamız peşəkar standartları mənimsəməklə yanaşı, xarici dil biliklərinə də yiyələnməlidir. Burada söhbət yalnız xarici dildə xəbər yayıcılığından getmir. Eyni zamanda, dünyanın anladığı dildə düşünmək, təhlil etmək bacarığı da önəmlidir. Məsələn, azərbaycanlı jurnalist ingilis, fransız, ərəb və sair dili bilirsə, o, həmçinin həmin dillərdə danışan auditoriyanın tələblərini, nələri əsas götürdüyünü aydın şəkildə dərk etməlidir. Bu, peşəkarlığın sərhədlərini daha geniş götürmək zərurətini doğurur. Hesab edirəm ki, müasir media trendinə çevrilmək elə budur" - deyə Rəşad Məcid bildirib. Qeyd edək ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22-də, 149 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri — "Əkinçi" qəzetinin buraxıldığı gündə qeyd edilir. 19-cu əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Ötən dövr ərzində Azərbaycan mətbuatı çətin və şərəfli bir yol keçib. Hazırda, dövlətimizin müstəqil olduğu bir dönəmdə mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr dayanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41437/96/414379685_103:0:1876:1330_1920x0_80_0_0_85ac2b1ed916d4a1d63e86113920d9ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
rəşad məcid, milli mətbuat günü, həsən bəy zərdabi
rəşad məcid, milli mətbuat günü, həsən bəy zərdabi
Azərbaycan mediası Cənubi Qafqazla bağlı informasiya mənbəyi rolundadır - Rəşad Məcid
MŞ sədri bildirib ki, söhbət yalnız xarici dildə xəbər yayıcılığından getmir, eyni zamanda, dünyanın anladığı dildə düşünmək, təhlil etmək bacarığı da önəmlidir!
BAKI, 22 iyul — Sputnik. "Azərbaycan mediası dünyanın Cənubi Qafqaz regionu ilə bağlı vacib informasiya mənbəyi rolunda çıxış edir". Bu sözləri Milli Mətbuat Günü ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid söyləyib.
O bildirib ki, bugünkü Azərbaycan mediası daim inkişafa can atan, özündə tarixi ənənələrə sadiqliyi və müasirliyi yaşadan dinamik, cəmiyyət həyatının müxtəlif sferalarına nüfuz etməyi bacaran, buna daim can atan mütəhərrik strukturdur. Elə bir sahə yoxdur ki, media həmin sahə ilə bağlı ictimaiyyəti məlumatlandırmasın.
"Çünki Azərbaycan regionun lider ölkəsidir, yaşadığımız coğrafiya ilə bağlı bütün vacib qərarlarda müstəsna rola malikdir. Bu günün Azərbaycanı o qədər güclü inkişaf edir ki, medianın da bu inkişafa adekvat reaksiya verməsi, tələblərə uyğun, adekvat fəaliyyət göstərməsi mütləqdir. Adekvatlığın qorunması üçün isə peşəkarlığın daha da artırılmasına ehtiyac duyulur. Biz hər zaman deyirik ki, Azərbaycan mediası dünya mediasına inteqrasiya etməli, onun tərkib hissəsi olmalıdır. Nəzərə alsaq ki, dünyanın da gözü Cənubi Qafqazdadır, məsələ daha aktual səciyyə daşımaqdadır. Deməli, mediamız peşəkar standartları mənimsəməklə yanaşı, xarici dil biliklərinə də yiyələnməlidir. Burada söhbət yalnız xarici dildə xəbər yayıcılığından getmir. Eyni zamanda, dünyanın anladığı dildə düşünmək, təhlil etmək bacarığı da önəmlidir. Məsələn, azərbaycanlı jurnalist ingilis, fransız, ərəb və sair dili bilirsə, o, həmçinin həmin dillərdə danışan auditoriyanın tələblərini, nələri əsas götürdüyünü aydın şəkildə dərk etməlidir. Bu, peşəkarlığın sərhədlərini daha geniş götürmək zərurətini doğurur. Hesab edirəm ki, müasir media trendinə çevrilmək elə budur" - deyə Rəşad Məcid bildirib.
Qeyd edək ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22-də, 149 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri — "Əkinçi" qəzetinin buraxıldığı gündə qeyd edilir. 19-cu əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Ötən dövr ərzində Azərbaycan mətbuatı çətin və şərəfli bir yol keçib. Hazırda, dövlətimizin müstəqil olduğu bir dönəmdə mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr dayanır.