DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da Trampa sui-qəsd cəhdini araşdırmaq üçün müstəqil komissiya təyin edilib

© AFP 2024 / ANDREW CABALLERO-REYNOLDSDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 22.07.2024
Abunə olmaq
Müstəqil araşdırma FTB-nin cinayət təhqiqatına mane olmayacaq şəkildə aparılacaq.
BAKI, 22 iyul — Sputnik. ABŞ daxili təhlükəsizlik naziri Alexandro Mayorkas ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini araşdırmaq üçün ikitərəfli müstəqil komissiya təyin edib.
Bu barədə idarənin açıqlamasında deyilib.
Araşdırma 45 gün davam edəcək. Agentlik ABŞ Məxfi Xidmətinin, əyalət və yerli hakimiyyət orqanlarının hücumun baş verdiyi mitinqdən əvvəl, mitinq zamanı və sonra hansı addımlar atdığını müəyyən edəcək.
Müstəqil araşdırma FTB-nin cinayət təhqiqatına mane olmayacaq şəkildə aparılacaq.
Xatırladaq ki, Tramp iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı hücuma məruz qalıb. ABŞ-ın keçmiş prezidenti qulağından yaralanıb. Ondan savayı, bir etiraz iştirakçısı ölüb, daha ikisi yaralanıb. Atıcı məhv edilib.
Ağ Evin keçmiş həkimi Ronni Cekson bildirib ki, Trampın zədəsi əvvəlcə şişkinliyə səbəb olub, lakin şiş artıq yatıb. Hazırda yara düzgün sağalmağa başlayıb.
Xəbər lenti
0