SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident dezinformasiya hücumlarına qarşı medianın rolunu yüksək qiymətləndirir

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda - Sputnik Azərbaycan, 1920, 21.07.2024
Abunə olmaq
Prezidentin köməkçisi qeyd edib ki, dövlət başçısı cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında peşəkar medianın böyük rolunu həmişə yüksək qiymətləndirib.
BAKI, 21 iyul - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev dezinformasiya hücumlarının qabaqlanmasında peşəkar medianın rolunu həmişə yüksək qiymətləndirib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda çıxış edərkən deyib.
“Qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək hallarından bəhs edərkən Azərbaycan Prezidenti İlham Əliyev kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında peşəkar medianın böyük rolunu həmişə yüksək qiymətləndirib”, – Hikmət Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, ölkənin media resursları “Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini media etikasının prinsiplərinə söykənərək yorulmadan davam etdirməkdədirlər”.
Xəbər lenti
0