https://sputnik.az/20240721/ermenistan-militarizasiya-siyasetine-son-qoymalidir---hikmet-haciyev-465630644.html
Ermənistanın konstitusiyası dəyişməlidir, orada Azərbaycana qarşı ərazi iddiaları var
Ermənistanın konstitusiyası dəyişməlidir, orada Azərbaycana qarşı ərazi iddiaları var
Sputnik Azərbaycan
Prezidentin köməkçisi deyib ki, Azərbaycan COP29 ərəfəsində kütləvi dezinformasiya ilə üzləşir, lakin "bu bizə mane olmayacaq". 21.07.2024, Sputnik Azərbaycan
2024-07-21T13:00+0400
2024-07-21T13:00+0400
2024-07-21T12:27+0400
azərbaycan xəbərləri
ermənistan
azərbaycan
hikmət hacıyev
döyüş
payızın 44 anı
vətən müharibəsi
hərbi qənimət
hərbi texnika
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436477968_0:0:2001:1125_1920x0_80_0_0_72278c9854bfafa9c821c698bf0c19ae.jpg
BAKI, 21 iyul - Sputnik. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var.Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.O qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:"Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir, amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi iddialarına son qoyacaq formada olmalıdır".Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistana hələ tammiqyaslı sülh müqaviləsi bağlamamışdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir.“Hələ 2021-ci ildə biz müvəqqəti yanaşma kimi təklif etmişdik ki, bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında qonşuluq münasibətləri yarada bilər” – o, qeyd edib.Jurnalistlərin sualını cavablandıran prezidentin köməkçisi onu da bildirib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.“Azərbaycan təklif edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etsin. Buna ehtiyac yoxdur. Çünki əgər münaqişə yoxdursa, o zaman ATƏT-in Minsk qrupunun qalması üçün hansı əsaslar ola bilər?” – H.Hacıyev vurğulayıb.Prezidentin köməkçisi onu da deyib ki, Azərbaycan COP29 ərəfəsində kütləvi dezinformasiya ilə üzləşir, lakin "bu bizə mane olmayacaq".“COP29 konfransı ərəfəsində Azərbaycan dezinformasiya dalğası ilə üzləşsə də, dünən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu bizi dayandırmamalıdır. İrəliləyəcəyik və iqlim dəyişikliyi gündəliyinə layiqli töhfə verəcəyik” – H.Hacıyev əlavə edib.26.06.24, 17:48Ermənistan militarizasiya siyasətinə son qoymalıdırErmənistan Təhlükəsizlik Şurasının katibinin açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyini iddia etmişdir. Bu revanşizmin təzahürüdür, yoxsa bunu necə şərh edərdiniz” sualına cavab verərkən bildirib.O qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib, mütləq hərbi qələbə qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoymuş və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib:Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təəssüflə qeyd edib ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür."Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436477968_0:0:1773:1330_1920x0_80_0_0_2968240dc7ae5012530ca0cb7235a774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, azərbaycan, hikmət hacıyev, döyüş, payızın 44 anı, vətən müharibəsi, hərbi qənimət, hərbi texnika
ermənistan, azərbaycan, hikmət hacıyev, döyüş, payızın 44 anı, vətən müharibəsi, hərbi qənimət, hərbi texnika
Ermənistanın konstitusiyası dəyişməlidir, orada Azərbaycana qarşı ərazi iddiaları var
Prezidentin köməkçisi deyib ki, Azərbaycan COP29 ərəfəsində kütləvi dezinformasiya ilə üzləşir, lakin "bu bizə mane olmayacaq".
BAKI, 21 iyul - Sputnik. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:
"Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir, amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi iddialarına son qoyacaq formada olmalıdır".
Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistana hələ tammiqyaslı sülh müqaviləsi bağlamamışdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir.
“Hələ 2021-ci ildə biz müvəqqəti yanaşma kimi təklif etmişdik ki, bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında qonşuluq münasibətləri yarada bilər” – o, qeyd edib.
Jurnalistlərin sualını cavablandıran prezidentin köməkçisi onu da bildirib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.
“Azərbaycan təklif edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etsin. Buna ehtiyac yoxdur. Çünki əgər münaqişə yoxdursa, o zaman ATƏT-in Minsk qrupunun qalması üçün hansı əsaslar ola bilər?” – H.Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi onu da deyib ki, Azərbaycan COP29 ərəfəsində kütləvi dezinformasiya ilə üzləşir, lakin "bu bizə mane olmayacaq".
“COP29 konfransı ərəfəsində Azərbaycan dezinformasiya dalğası ilə üzləşsə də, dünən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu bizi dayandırmamalıdır. İrəliləyəcəyik və iqlim dəyişikliyi gündəliyinə layiqli töhfə verəcəyik” – H.Hacıyev əlavə edib.
Ermənistan militarizasiya siyasətinə son qoymalıdır
Ermənistan Təhlükəsizlik Şurasının katibinin açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyini iddia etmişdir. Bu revanşizmin təzahürüdür, yoxsa bunu necə şərh edərdiniz” sualına cavab verərkən bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib, mütləq hərbi qələbə qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoymuş və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib:
"Ermənistan rəhbərliyi ordu sıralarında 10 min nəfərdən artıq fərarinin olduğunu özü etiraf etmişdir. 2023-cü ilin senyabrında həyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərksilah edilmiş və Qarabağ tam azad edilmişdir. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilmiş və ya qənimət götürülmüşdür. Həm 44 günlük Vətən müharibəsi, həm də anti-terror əməliyyatı bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir".
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təəssüflə qeyd edib ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür.
"Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.