https://sputnik.az/20240721/dunya-caz-ulduzu-qreqori-porter-ilk-defe-bakida-cixis-edecek-466089236.html
Dünya caz ulduzu Qreqori Porter ilk dəfə Bakıda çıxış edəcək
Dünya caz ulduzu Qreqori Porter ilk dəfə Bakıda çıxış edəcək
Sputnik Azərbaycan
Amerikalı ifaçı 19-cu Bakı Caz Festivalının baş leyneri olacaq. 21.07.2024, Sputnik Azərbaycan
2024-07-21T10:11+0400
2024-07-21T10:11+0400
2024-07-21T10:21+0400
mədəniyyət
caz
ifaçı
bakı
bakı caz festivalı
abş
grammy mükafatları mərasimi
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0a/465939147_0:161:3077:1892_1920x0_80_0_0_998d5de666cd2db0cb8da88336afc401.jpg
BAKI, 21 iyul - Sputnik. Dünya caz korifeyi Qreqori Porter oktyabrın 17-dən 27-dək Azərbaycanın paytaxtında keçiriləcək Bakı Caz Festivalı 2024 çərçivəsində ilk dəfə Bakıda çıxış edəcək.Festivalın direktoru Leyla Əfəndiyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onlar payıza səylə hazırlaşırlar və xarici sənətçilərlə danışıqlar aparırlar.Onun sözlərinə görə, XIX Bakı Caz Festivalının baş layneri həm məxməri səs tembri, həm də baş geyimi ilə tanınan amerikalı caz vokalçısı, iki dəfə Qremmi mükafatı laureatı Qreqori Porter olacaq.O, qeyd edib ki, sənətçinin konsert proqramı bir il öncədən yazıldığından, onun komandası ilə uzun müddətdir danışıqlar aparıblar. Porter Bakıda məşhur caz kompozisiyalarını təqdim edəcək.Əfəndiyeva əlavə edib ki, festivalın tam proqramı tezliklə ictimaiyyətə açıqlanacaq. Qreqori Porter 4 noyabr 1971-ci ildə Los-Ancelesdə anadan olub. O, 2004-cü ildə çıxış etməyə başlayıb. O, ilk iki studiya albomunu, Water (2010) və Be Good (2012) Motéma etiketinə yazdırdı və 2013-cü ildə Blue Note Records ilə müqavilə imzaladı və həmin il üçüncü albomu olan Liquid Spirit'i buraxdı. Bu, Porterə ilk "Qremmi" mükafatını gətirdi və caz musiqisi üçün nadir kommersiya uğuru oldu.Porterin dördüncü albomu Take Me to the Alley, 2016-cı ildə işıq üzü gördü. Bu, müğənniyə ən yaxşı caz vokal albomu üçün ikinci Grammy mükafatını gətirdi. Porter demək olar ki, heç vaxt onun məşhur düz şişkin papağı olmadan görünmür. O, bu baş geyimini üzündə aparılan əməliyyatlar üzündən geyinməyə başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0a/465939147_348:0:3077:2047_1920x0_80_0_0_882d8a9d959a7b85146220c142eed574.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
caz, ifaçı, bakı, bakı caz festivalı, abş, grammy mükafatları mərasimi
caz, ifaçı, bakı, bakı caz festivalı, abş, grammy mükafatları mərasimi
Dünya caz ulduzu Qreqori Porter ilk dəfə Bakıda çıxış edəcək
10:11 21.07.2024 (Yenilənib: 10:21 21.07.2024) Amerikalı ifaçı 19-cu Bakı Caz Festivalının baş leyneri olacaq.
BAKI, 21 iyul - Sputnik. Dünya caz korifeyi Qreqori Porter oktyabrın 17-dən 27-dək Azərbaycanın paytaxtında keçiriləcək Bakı Caz Festivalı 2024 çərçivəsində ilk dəfə Bakıda çıxış edəcək.
Festivalın direktoru Leyla Əfəndiyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onlar payıza səylə hazırlaşırlar və xarici sənətçilərlə danışıqlar aparırlar.
Onun sözlərinə görə, XIX Bakı Caz Festivalının baş layneri həm məxməri səs tembri, həm də baş geyimi ilə tanınan amerikalı caz vokalçısı, iki dəfə Qremmi mükafatı laureatı Qreqori Porter olacaq.
O, qeyd edib ki, sənətçinin konsert proqramı bir il öncədən yazıldığından, onun komandası ilə uzun müddətdir danışıqlar aparıblar. Porter Bakıda məşhur caz kompozisiyalarını təqdim edəcək.
Əfəndiyeva əlavə edib ki, festivalın tam proqramı tezliklə ictimaiyyətə açıqlanacaq. Qreqori Porter 4 noyabr 1971-ci ildə Los-Ancelesdə anadan olub. O, 2004-cü ildə çıxış etməyə başlayıb. O, ilk iki studiya albomunu, Water (2010) və Be Good (2012) Motéma etiketinə yazdırdı və 2013-cü ildə Blue Note Records ilə müqavilə imzaladı və həmin il üçüncü albomu olan Liquid Spirit'i buraxdı. Bu, Porterə ilk "Qremmi" mükafatını gətirdi və caz musiqisi üçün nadir kommersiya uğuru oldu.
Porterin dördüncü albomu Take Me to the Alley, 2016-cı ildə işıq üzü gördü. Bu, müğənniyə ən yaxşı caz vokal albomu üçün ikinci Grammy mükafatını gətirdi. Porter demək olar ki, heç vaxt onun məşhur düz şişkin papağı olmadan görünmür. O, bu baş geyimini üzündə aparılan əməliyyatlar üzündən geyinməyə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.