DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden ABŞ prezidentliyinə namizədliyini geri götürdü

© AFP 2024 / SAUL LOEBCo Bayden və Kamala Harris, arxiv
Co Bayden və Kamala Harris, arxiv - Sputnik Azərbaycan, 1920, 21.07.2024
Abunə olmaq
Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb. Tramp isə deyib ki, Harrisi məğlub etmək Baydendən daha asan olacaq.
BAKI, 21 iyul - Sputnik. ABŞ Prezidenti Cozef Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb.
Bu barədə Bayden "X" səhifəsindəki paylaşımında bildirib.
"Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq", - Bayden qeyd edib.
ABŞ lideri vurğulayıb ki, Amerika xalqı son üç il yarım ərzində böyük irəliləyiş əldə edib. Dövlət başçısı ölkəsinin son illərdə əldə etdiyi əsas nailiyyətləri sadalayıb:
"Bilirəm ki, siz Amerika xalqı olmadan bunların heç biri edilə bilməzdi. Birləşmiş Ştatlar heç vaxt “indikindən daha yaxşı vəziyyətdə olmayıb”. Biz birlikdə əsrdə bir dəfə baş verən pandemiyanın və ən pis iqtisadi böhranın öhdəsindən gəldik. Biz demokratiyamızı qorumuşuq və mühafizə etmişik".
Bayden ABŞ prezidenti vəzifəsində işləməkdən şərəf duyduğunu diqqətə çatdırıb:
"Bu gün mən həmişə inandığım şeyə inanıram: ABŞ-ın edə bilməyəcəyi heç nə yoxdur. Unutmamalıyıq ki, biz Amerika Birləşmiş Ştatlarıyıq".
O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bununla belə, Bayden vitse-prezident Kamala Harrisin namizəd kimi irəli sürülməsini açıqlamayıb.
Lakin növbəti prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.
"2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi olaraq onu tam dəstəklədiyimi bəyan edirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır" - Baydenin "X" paylaşımında deyilir.
ABŞ-nin keçmiş prezidenti, növbəti seçkilərdə Baydenin əsas rəqibi Donald Trampın isə məsələyə cavabı gecikməyib.
"ABŞ-nin vitse-prezidenti Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq" - Tramp CNN telekanalına bildirib.
O, Cozef Baydeni Birləşmiş Ştatların ən pis prezident adlandırıb.
Xəbər lenti
0