Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlarda kəkələmənin əsas səbəbi beynin həddindən artıq aktivliyidir - Loqoped

© Sputnik / Алексей Куденко / Mediabanka keçidLoqoped, arxiv şəkli
Loqoped, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.07.2024
Abunə olmaq
Mütəxəssis uşaqlarda irsi kəkələməyə səbəb olan hallar barədə danışıb.
BAKI, 20 iyul - Sputnik. Kəkələmə nitqin tempo-ritmik tərəfinin pozulmasına aid olub, nitq aparatı əzələlərinin qıcolma spazmları nəticəsində nitqdə fasilələrin, təkrar olunmaların, uzadılmaların müşahidəsidir. Bu fikirləri Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova söyləyib.
Onun sözlərinə görə, uşaqlarda kəkələmənin əsas səbəbi beynin müəyyən mərkəzlərində həddindən artıq aktivlikdir:

“Bu aktivliyin yaranmasının dəqiq səbəbləri bu gün də məlum deyil. Həkimlər kəkələmənin yaranması üçün yalnız risk qruplarını müəyyən edirlər. Buna qıcolmalara meyillilik, sinir sisteminin həssaslığı və s. aid edilir”.

A.Ələkbərova qeyd edib ki, genetika sahəsində aparılan son araşdırmalara görə, irsi kəkələmə bir ailənin üzvlərində özünü göstərə bilər.
“Uşağın mərkəzi sinir sistemi, nitq aparatının inkişafının zəifliyi olduğu hallarda irsi kəkələmə müşahidə edilir. Kəkələmə qızlara nisbətən oğlanlarda 4 dəfə artıq müşahidə olunur”, - mütəxəssis bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0