Tarixdə bu gün: 20 iyul – FOTO
08:46 20.07.2024 (Yenilənib: 21:48 20.07.2024)
© Sputnik20 iyul

© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 20 iyul — Sputnik. İyulun 20-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 20-də kimlər anadan olub?
Ramiz Əzizbəyli (1948-2021) - Azərbaycanın xalq artisti, aktyor və rejissordur. O, "Asif, Vasif, Ağasif", "Qayınana", "Şir evdən getdi" və s. filmlərdə rol alıb.
Anar Məmmədxanov (1970-2011) - Azərbaycan Milli Məclisinin birinci, ikinci və üçüncü çağırış deputatıdır. O, 1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, onun kapitanı olub və 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.
© Photo : Milli MejlisAnar Məmmədxanov

Anar Məmmədxanov
© Photo : Milli Mejlis
Vladimir Volodin (1896-1958) - Sovet teatr və kino aktyoru, RSFSR xalq artistidir. O, "Sirk", "Parlaq yol", "Çılğın gün" və s. filmlərdə oynayıb.
© Sputnik / Борис РябининVladimir Volodin və Tatyana Bax

Vladimir Volodin və Tatyana Bax
© Sputnik / Борис Рябинин
Edmund Hillari (1919-2008) - Yeni Zelandiya kəşfiyyatçısı və alpinistidir. O, 29 may 1953-cü ildə Tensinq Norqeylə birlikdə ilk dəfə dünyanın ən yüksək zirvəsi olan Everestə qalxıb.
© NTB / AFPEdmund Hillari

Edmund Hillari
© NTB / AFP
Tatyana Lioznova (1924-2011) - Sovet kinorejissoru və SSRİ xalq artistidir. O, "Plüşşixada üç qovaq", "Ürək yaddaşı" filmlərini, "Baharın on yeddi anı" televiziya filmini çəkib.

Tatyana Lioznova
© Sputnik / Galina Kmit
/ Lyudmila Çursina (1941) - Sovet və Rusiya teatr və kino aktrisası, SSRİ xalq artistidir. Aktrisa yüzdən çox filmlərdə ("Riko qardaşları", "Ötən günün faktları") və televiziya seriallarında rol alıb.

Lyudmila Çursina
© Sputnik / Galina Kmit
/ Jizel Bündhen (1980) braziliyalı supermodel və aktrisadır. O, 2004-cü ildən 2016-cı ilə qədər dünyanın ən çox maaş alan modeli olub. Aktrisa "Victoria's Secret"in keçmiş mələklərindən biri kimi də tanınır. 2015-ci ilin aprelində Bündhen model karyerasını başa vurduğunu elan edib.
© AFP 2024 / ANGELA WEISSJizel Bündhen

Jizel Bündhen
© AFP 2024 / ANGELA WEISS
20 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1402-ci ildə Teymurilər dövlətinin hökmdarı Əmir Teymurun qoşunları ilə Osmanlı sultanı I Bəyazid arasında Ankara döyüşü baş verib. Döyüşdə məğlub olan I Bəyazid əsir düşür, lakin Teymur ona dərin hörmət göstərir. Ankara döyüşündəki məğlubiyyət türklərin 50 il ərzində İstanbulu fəth edə bilməyəcəyi anlamına gəlib.
1534-cü ildə İngiltərədə dünyanın ilk universitet nəşriyyatı - Kembric Universiteti Nəşriyyatı qeydiyyatdan keçib.
1924-cü ildə Parisdə Beynəlxalq Şahmat Federasiyası yaradılıb. Bu tarix 1966-cı ildən FİDE-nin qərarı ilə Beynəlxalq Şahmat Günü kimi qeyd edilir.
1981-ci ildə "Somali Airlines" aviaşirkətinin məxsus Fokker F27-600RF sərnişin təyyarəsi Somalinin Balada şəhəri yaxınlığında qəzaya uğrayıb. Ölkə tarixinin ən dəhşətli təyyarə qəzasında 50 nəfər həlak olub.