https://sputnik.az/20240720/pentaqonun-ermenistan-mn-deki-numayendesi-rusiya-ve-ktmt-ye-qarsi-texribatdir---ekspert-466136277.html
Pentaqonun Ermənistan MN-dəki nümayəndəsi Rusiya və KTMT-yə qarşı təxribatdır - Ekspert
Pentaqonun Ermənistan MN-dəki nümayəndəsi Rusiya və KTMT-yə qarşı təxribatdır - Ekspert
Sputnik Azərbaycan
Ekspert bildiri ki, Paris və Vaşinqtondan İrəvandan sifarişlər təkcə hərbi idarədə deyil, Ermənistan hökumətinin digər strukturlarında da yerinə yetirilir. 20.07.2024, Sputnik Azərbaycan
2024-07-20T20:02+0400
2024-07-20T20:02+0400
2024-07-20T22:22+0400
ermənistan
siyasət
ktmt
rusiya
abş
təxribat
pentaqon
azərbaycan
nato
sammit
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460915310_0:0:3072:1728_1920x0_80_0_0_c4bf96c418b1a32bdd31fff8537ffe8e.jpg
BAKI, 20 iyul - Sputnik. Pentaqonun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində görünməsi mahiyyətcə reallığın rəsmiləşdirilməsidir, əsas məqsəd Rusiyaya və bütövlükdə KTMT-yə qarşı təxribatdır. Bunu RİA Novosti-yə beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov bildirib.Bundan əvvəl ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsinin çalışacağını bildirib.Həmçinin bu yaxınlarda Ermənistan ərazisində ABŞ ordusunun dağlıq və meşəlik ərazilərdə döyüş əməliyyatları üçün xüsusi olaraq yaradılmış 10-cu Dağ Piyada Diviziyasının bölmələrinin iştirak etdiyi “Eagle Partner 2024” birgə erməni-amerikan təlimləri keçirilib.Arkov bildirib ki, Paris və Vaşinqtondan İrəvandan sifarişlər çoxdan təkcə hərbi idarədə deyil, Ermənistan hökumətinin digər strukturlarında da yerinə yetirilir və MKİ-nin çoxsaylı stansiyaları həm ABŞ səfirliyində, həm iri QHT-lərdə, həm də Baqramyan prospektində hər yerdə özlərini rahat hiss edirlər.Eyni zamanda ekspert əlavə edib ki, Brüsseldə Alyans iştirakçılarının hərbi idarə rəhbərlərinin bu yaxınlarda keçirilən sammitindən sonra Pentaqon rəhbəri Lloyd Ostinin birbaşa dediyi kimi, nə Ermənistan, nə də Ukrayna NATO-ya qəbul olunmaq fikrində deyil.Qonşu dövlətlərin reaksiyasından danışan Arkov ilk növbədə Ermənistandan müzakirə olunan xəbərlərə İranda böyük diqqətlə yanaşılmasına diqqət çəkib, çünki “onlar ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında artan fəallığından narahatdırlar”. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240717/ermenistan-ikinci-ukraynaya-cevrile-biler-revan-bunu-basa-dusmeye-bilmez---kuznetsov-466070801.html
abş
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460915310_341:0:3072:2048_1920x0_80_0_0_4151f38bc62d608a892846cadc8db4e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ktmt, rusiya, abş, təxribat, pentaqon, azərbaycan, nato, sammit
ermənistan, ktmt, rusiya, abş, təxribat, pentaqon, azərbaycan, nato, sammit
Pentaqonun Ermənistan MN-dəki nümayəndəsi Rusiya və KTMT-yə qarşı təxribatdır - Ekspert
20:02 20.07.2024 (Yenilənib: 22:22 20.07.2024) Ekspert bildiri ki, Paris və Vaşinqtondan İrəvandan sifarişlər təkcə hərbi idarədə deyil, Ermənistan hökumətinin digər strukturlarında da yerinə yetirilir.
BAKI, 20 iyul - Sputnik. Pentaqonun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində görünməsi mahiyyətcə reallığın rəsmiləşdirilməsidir, əsas məqsəd Rusiyaya və bütövlükdə KTMT-yə qarşı təxribatdır. Bunu RİA Novosti-yə beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov bildirib.
Bundan əvvəl ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsinin çalışacağını bildirib.
Həmçinin bu yaxınlarda Ermənistan ərazisində ABŞ ordusunun dağlıq və meşəlik ərazilərdə döyüş əməliyyatları üçün xüsusi olaraq yaradılmış 10-cu Dağ Piyada Diviziyasının bölmələrinin iştirak etdiyi “Eagle Partner 2024” birgə erməni-amerikan təlimləri keçirilib.
“Pentaqonun Ermənistan Müdafiə Nazirliyindəki nümayəndəsi iki departament arasında qarşılıqlı əlaqə və Silahlı Qüvvələrin inteqrasiyası baxımından artıq boş bir formallıqdır. Prioritet Rusiyaya və bütövlükdə KTMT-yə qarşı təxribatdır. Deyirlər ki, əgər siz 2020-ci ilin payızında bizim üçün Azərbaycana qarşı müharibəyə qoşulmamısınızsa və 2023-cü ilin payızında Bakının Qarabağ üzərində dövlət suverenliyini bərpa etməsinə mane olmamısınızsa, deməli, biz artıq sizinlə “dost deyilik” və NATO-ya gedirik”, - agentliyin həmsöhbəti qeyd edib.
Arkov bildirib ki, Paris və Vaşinqtondan İrəvandan sifarişlər çoxdan təkcə hərbi idarədə deyil, Ermənistan hökumətinin digər strukturlarında da yerinə yetirilir və MKİ-nin çoxsaylı stansiyaları həm ABŞ səfirliyində, həm iri QHT-lərdə, həm də Baqramyan prospektində hər yerdə özlərini rahat hiss edirlər.
Eyni zamanda ekspert əlavə edib ki, Brüsseldə Alyans iştirakçılarının hərbi idarə rəhbərlərinin bu yaxınlarda keçirilən sammitindən sonra Pentaqon rəhbəri Lloyd Ostinin birbaşa dediyi kimi, nə Ermənistan, nə də Ukrayna NATO-ya qəbul olunmaq fikrində deyil.
“NATO-nun 75 illiyi ilə bağlı Vaşinqtonda keçirilən yubiley sammitində İrəvan və Kiyevin qarşısından ənənəvi "yerkökü" də asılmayıb”, - ekspert vurğulayıb.
Qonşu dövlətlərin reaksiyasından danışan Arkov ilk növbədə Ermənistandan müzakirə olunan xəbərlərə İranda böyük diqqətlə yanaşılmasına diqqət çəkib, çünki “onlar ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında artan fəallığından narahatdırlar”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.