https://sputnik.az/20240720/paytaxtda-havanin-temperaturu-34-dek-yukselecek---proqnoz-466137286.html
Paytaxtda havanın temperaturu 34°-dək yüksələcək - PROQNOZ
Paytaxtda havanın temperaturu 34°-dək yüksələcək - PROQNOZ
Sputnik Azərbaycan
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 20.07.2024, Sputnik Azərbaycan
2024-07-20T14:45+0400
2024-07-20T14:45+0400
2024-07-20T14:45+0400
cəmiyyət
isti
hava
azərbaycan
yağış
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455969960_0:104:2000:1229_1920x0_80_0_0_03e8e61c7438503f49fe8b60bcdd71ce.jpg
BAKI, 20 iyul - Sputnik. İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz kəsiləcək. Mülayim şimal-qərb küləyi səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455969960_112:0:1889:1333_1920x0_80_0_0_63cf9e3bbebd8bbd39ca36ef4fbf6ba3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
isti, hava, azərbaycan, yağış
isti, hava, azərbaycan, yağış
Paytaxtda havanın temperaturu 34°-dək yüksələcək - PROQNOZ
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
BAKI, 20 iyul - Sputnik. İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz kəsiləcək. Mülayim şimal-qərb küləyi səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.