https://sputnik.az/20240720/pasinyan-iqtidari-odla-oynayir-sulhe-telesenlerin-gercek-meqsedi-nedir-466128987.html
Paşinyan iqtidarı odla oynayır: Sülhə tələsənlərin gerçək məqsədi nədir?
Paşinyan iqtidarı odla oynayır: Sülhə tələsənlərin gerçək məqsədi nədir?
Sputnik Azərbaycan
Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə deyir ki, indi daha aydın olur ki, uzun illər ərzində ATƏT-in Minsk Qrupu adı altında regionda münaqişəni həll... 20.07.2024, Sputnik Azərbaycan
2024-07-20T09:29+0400
2024-07-20T09:29+0400
2024-07-20T21:48+0400
putin
siyasət
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
nikol paşinyan
baş nazir nikol paşinyan
ekspert
politoloq
müdafiə nazirliyi
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_0:137:3156:1912_1920x0_80_0_0_e92553385f69a25f1d2c52beb189c727.jpg
BAKI, 20 iyul — Sputnik. ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağı barədə xəbər yayılıb. Bununla bağlı, Ermənistan kimi KTMT üzvü olan ölkənin müdafiə strukturunda NATO-nun aparıcı ölkə nümayəndəsinin təmsil olunması və bunun nəticələrinin nə olacağı suallar doğurur. Böyük Britaniyada Azərbaycanla lideri ilə görüşdən yayınan Paşinyan hökumətinin addımları Ermənistanı yeni bir oyunun içində vurnuxmağa məcbur edir. Ermənistan o ölkədir ki, onun İran və Türkiyə ilə sərhədlərini Rusiya hərbçiləri mühafizə edir. Bəs ABŞ hərbçisi Ermənistanda nəyi mühafizə edəcək? Mövzu ilə bağlı politoloq Elşən Manafov və hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a danışıblar. Politoloq Elşən Manafov qeyd edir ki, ABŞ və Fransa Cənubi Qafqazda sülh və sabiltiyin bərqərar olmasında maraqlı olduqlarını bəyan etmələrinə baxmayaraq, onlar Paşinyan iqtidarının Azərbaycanla sülh danışıqlarından çəkindirirlər: "ABŞ və Fransadan Paşinyan iqtidarına göstərilən təzyiqlər güclənməkdədir. Çünki Avropa sammiti çərçivəsində Paşinyanın Azərbaycan lideri ilə görüşdən imtina etməsi belə bir fikri ifadə etməyə əsas yaradır. Fransa liderinin Azərbaycan əleyhinə açıqlamaları və ABŞ dövlət katibinin köməkçisinin açıqlamaları həm də Rusiyaya qarşı yönəlib. ABŞ-ın bölgə ilə bağlı hərəkətləri Rusiyanın maraqlarına qarşıdır. ABŞ danışıqlarda Qarabağı könüllü tərk etmiş ermənilərin taleyini qabardır, amma uzun illər ərzində evlərindən zorla qovulmuş azərbaycanlılarının faciəsini görməzdən gəlir. Bu baxımdan ABŞ və Fransanın mövqeyi rəsmi Bakının Cənubi Qafqazla bağlı siyasətinə adekvat deyil. Paşinyanın Azərbaycan lideri ilə görüşdən imtinası göstərir ki, bu ölkə himayədarları olmadan danışıqlara getməyə hazır deyil". Politoloq qeyd edir ki, Paşinyanın görüşdən imtina mövqeyinə Makronun çox ciddi təzyiqi olub, o cümlədən ABŞ sülh danışıqlarının mətni ilə bağlı Azərbaycanın təkliflərini gözardı etməsi prosesləri çıxılmaz nöqtəyə gətirib çıxarır: "ABŞ və Fransanın məqsədi Azərbaycanın qlobal Cənubla, ŞƏT-lə əməkdaşlığına təsir göstərmək istəyidir. ABŞ Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsini də həzm etməyib. Ona görə də, Britaniyanın təklifi ilə keçiriləcək görüşün qarşısını alıb. Britaniyanın Azərbaycanla münasibətləri fərqlidir və bu ölkə Azərbaycan və Ermənistan arasında gedən proseslərə beynəlxalq hüquq çərçivəsində mövqe sərgiləyir". Onun sözlərinə görə, ABŞ hərbçisinin Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlaması ilə bağlı xəbərlər də regionda vəziyyəti gərginləşdirəcək: "ABŞ və Aİ ilə hərbi texniki əməkdaşlığı genişləndirən Paşinyan iqtidarı hazırda odla oynayır. Ermənistanın son həftə ərzində ABŞ-la müdafiə sahəsində atdığı birgə addımlar, o cümlədən Aİ-nin mülki missiya adı altında bölgədə hərbi mövcudluğuna və bu mövcudluğun genişlənməsinə yaradılan şərait ümumilikdə sülh prosesini də ləngidən amillər sırasındadır. Qərbdəki havadarlardan Paşinyana verilən direktivlər bugünkü vəziyyətin əsas səbəbidir". Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə deyir ki, indi daha aydın olur ki, uzun illər ərzində ATƏT-in Minsk Qrupu adı altında regionda münaqişəni həll etməklə məşğul olan ölkələr niyə nəticəyə nail olmadılar: "Bu ölkələr 28 il ərzində məsələnin uzanması ilə məşğul olub. İndi ABŞ hərbi nümayədəsini Ermənistana göndərir, bundan əvvəl Fransa müdafiə naziri Ermənistana gəlib bu ölkəyə dəstəyini ifadə etmişdi. Ermənistana hücum deyil, müdafiə silahları verəcəklərini iddia etsələr də, sonradan isə bunun belə olmadığını gördük". Hərbi ekspertin sözlərinə görə, ABŞ-ın addımında əsas məqsəd Ermənistan hərbçilərini tədricən öz təsir dairəsinə salmaqdır: "Bu iki ölkənin öz işidir, amma Ermənistan işğalçı ölkədir və onun hərbiləşdirilməsi region üçün təhlükə mənbəyidir. Bu baxımdan Fransa və ABŞ bunu nəzərə almalıdırlar. Fransa prezidenti hazırda gedən proseslərdə qeyri-səmimi mövqe tutur. Bütün açıqlamalarında ABŞ və Fransa rəsmiləri sülhə tələsirlər. Ancaq hansı sülhə? Onların sülh dedikləri şey Azərbaycanın təkliflərinin gözardı edildiyi mətndir? Rəsmi Bakı İrəvandan konstitusiyasında işğalçılığa təşviq edən müddəaları dəyişməyi tələb edir. Bax bu təklifin reallaşması gerçək sülhü yarada bilər. Ermənistan elə bilir ki, böyük ölkələr ona kömək edəcəklər. Paşinyan hökuməti Azərbaycanın işğal altında digər ərazilərini qaytarmaqla bağlı öhdəlik götürüb və bundan yayına bilməz".
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_213:0:2944:2048_1920x0_80_0_0_a02b888726544eab26c9476f29639f0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, nikol paşinyan, baş nazir nikol paşinyan, ekspert, politoloq, müdafiə nazirliyi, abş, abş, nato, nato, ktmt, ktmt
putin, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, nikol paşinyan, baş nazir nikol paşinyan, ekspert, politoloq, müdafiə nazirliyi, abş, abş, nato, nato, ktmt, ktmt
Paşinyan iqtidarı odla oynayır: Sülhə tələsənlərin gerçək məqsədi nədir?
09:29 20.07.2024 (Yenilənib: 21:48 20.07.2024) Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə deyir ki, indi daha aydın olur ki, uzun illər ərzində ATƏT-in Minsk Qrupu adı altında regionda münaqişəni həll etməklə məşğul olan ölkələr niyə nəticəyə nail olmadılar.
BAKI, 20 iyul — Sputnik. ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağı barədə xəbər yayılıb.
Bununla bağlı, Ermənistan kimi KTMT üzvü olan ölkənin müdafiə strukturunda NATO-nun aparıcı ölkə nümayəndəsinin təmsil olunması və bunun nəticələrinin nə olacağı suallar doğurur.
Böyük Britaniyada Azərbaycanla lideri ilə görüşdən yayınan Paşinyan hökumətinin addımları Ermənistanı yeni bir oyunun içində vurnuxmağa məcbur edir. Ermənistan o ölkədir ki, onun İran və Türkiyə ilə sərhədlərini Rusiya hərbçiləri mühafizə edir. Bəs ABŞ hərbçisi Ermənistanda nəyi mühafizə edəcək?
Mövzu ilə bağlı politoloq Elşən Manafov və hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a danışıblar.
Politoloq Elşən Manafov qeyd edir ki, ABŞ və Fransa Cənubi Qafqazda sülh və sabiltiyin bərqərar olmasında maraqlı olduqlarını bəyan etmələrinə baxmayaraq, onlar Paşinyan iqtidarının Azərbaycanla sülh danışıqlarından çəkindirirlər: "ABŞ və Fransadan Paşinyan iqtidarına göstərilən təzyiqlər güclənməkdədir. Çünki Avropa sammiti çərçivəsində Paşinyanın Azərbaycan lideri ilə görüşdən imtina etməsi belə bir fikri ifadə etməyə əsas yaradır. Fransa liderinin Azərbaycan əleyhinə açıqlamaları və ABŞ dövlət katibinin köməkçisinin açıqlamaları həm də Rusiyaya qarşı yönəlib. ABŞ-ın bölgə ilə bağlı hərəkətləri Rusiyanın maraqlarına qarşıdır. ABŞ danışıqlarda Qarabağı könüllü tərk etmiş ermənilərin taleyini qabardır, amma uzun illər ərzində evlərindən zorla qovulmuş azərbaycanlılarının faciəsini görməzdən gəlir. Bu baxımdan ABŞ və Fransanın mövqeyi rəsmi Bakının Cənubi Qafqazla bağlı siyasətinə adekvat deyil. Paşinyanın Azərbaycan lideri ilə görüşdən imtinası göstərir ki, bu ölkə himayədarları olmadan danışıqlara getməyə hazır deyil".
Politoloq qeyd edir ki, Paşinyanın görüşdən imtina mövqeyinə Makronun çox ciddi təzyiqi olub, o cümlədən ABŞ sülh danışıqlarının mətni ilə bağlı Azərbaycanın təkliflərini gözardı etməsi prosesləri çıxılmaz nöqtəyə gətirib çıxarır: "ABŞ və Fransanın məqsədi Azərbaycanın qlobal Cənubla, ŞƏT-lə əməkdaşlığına təsir göstərmək istəyidir. ABŞ Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsini də həzm etməyib. Ona görə də, Britaniyanın təklifi ilə keçiriləcək görüşün qarşısını alıb. Britaniyanın Azərbaycanla münasibətləri fərqlidir və bu ölkə Azərbaycan və Ermənistan arasında gedən proseslərə beynəlxalq hüquq çərçivəsində mövqe sərgiləyir".
Onun sözlərinə görə, ABŞ hərbçisinin Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlaması ilə bağlı xəbərlər də regionda vəziyyəti gərginləşdirəcək: "ABŞ və Aİ ilə hərbi texniki əməkdaşlığı genişləndirən Paşinyan iqtidarı hazırda odla oynayır. Ermənistanın son həftə ərzində ABŞ-la müdafiə sahəsində atdığı birgə addımlar, o cümlədən Aİ-nin mülki missiya adı altında bölgədə hərbi mövcudluğuna və bu mövcudluğun genişlənməsinə yaradılan şərait ümumilikdə sülh prosesini də ləngidən amillər sırasındadır. Qərbdəki havadarlardan Paşinyana verilən direktivlər bugünkü vəziyyətin əsas səbəbidir".
Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə deyir ki, indi daha aydın olur ki, uzun illər ərzində ATƏT-in Minsk Qrupu adı altında regionda münaqişəni həll etməklə məşğul olan ölkələr niyə nəticəyə nail olmadılar: "Bu ölkələr 28 il ərzində məsələnin uzanması ilə məşğul olub. İndi ABŞ hərbi nümayədəsini Ermənistana göndərir, bundan əvvəl Fransa müdafiə naziri Ermənistana gəlib bu ölkəyə dəstəyini ifadə etmişdi. Ermənistana hücum deyil, müdafiə silahları verəcəklərini iddia etsələr də, sonradan isə bunun belə olmadığını gördük".
Hərbi ekspertin sözlərinə görə, ABŞ-ın addımında əsas məqsəd Ermənistan hərbçilərini tədricən öz təsir dairəsinə salmaqdır: "Bu iki ölkənin öz işidir, amma Ermənistan işğalçı ölkədir və onun hərbiləşdirilməsi region üçün təhlükə mənbəyidir. Bu baxımdan Fransa və ABŞ bunu nəzərə almalıdırlar. Fransa prezidenti hazırda gedən proseslərdə qeyri-səmimi mövqe tutur. Bütün açıqlamalarında ABŞ və Fransa rəsmiləri sülhə tələsirlər. Ancaq hansı sülhə? Onların sülh dedikləri şey Azərbaycanın təkliflərinin gözardı edildiyi mətndir? Rəsmi Bakı İrəvandan konstitusiyasında işğalçılığa təşviq edən müddəaları dəyişməyi tələb edir. Bax bu təklifin reallaşması gerçək sülhü yarada bilər. Ermənistan elə bilir ki, böyük ölkələr ona kömək edəcəklər. Paşinyan hökuməti Azərbaycanın işğal altında digər ərazilərini qaytarmaqla bağlı öhdəlik götürüb və bundan yayına bilməz".