https://sputnik.az/20240720/ii-susa-qlobal-media-forumu-isine-baslayir-466135056.html
II Şuşa Qlobal Media Forumu işinə başlayır
II Şuşa Qlobal Media Forumu işinə başlayır
Sputnik Azərbaycan
4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. 20.07.2024, Sputnik Azərbaycan
2024-07-20T10:53+0400
2024-07-20T10:53+0400
2024-07-20T10:53+0400
azərbaycan xəbərləri
media
forum
şuşa
prezident ilham əliyev
jurnalist
cop29
dezinformasiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441918216_0:67:1280:787_1920x0_80_0_0_c74c1dc59cc63241c17388131a254852.jpg
BAKI, 20 iyul - Sputnik. İyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçiriləcək.Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, müasir informasiya mühitində dezinformasiyanın sürətlə yayılması inkişaf və qlobal sabitlik üçün ən əsas təhdidlərdən biri hesab edilə bilər. Texnologiyanın hər bir sahə üçün yaratdığı bir çox imkanlarla yanaşı, məlumat həcminin və kanallarının artması həm düzgün məlumatlandırma sistemlərinin formalaşdırılması, həm də istehlakçıların etibarlı məlumatı müəyyən etməsi ilə bağlı yeni yanaşma, alət və mexanizmləri gündəmə gətirir.Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib və sualları cavablandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441918216_71:0:1210:854_1920x0_80_0_0_53d68eb56e545c6b0e0be0abd592a8e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
media, forum, şuşa, prezident ilham əliyev, jurnalist, cop29, dezinformasiya
media, forum, şuşa, prezident ilham əliyev, jurnalist, cop29, dezinformasiya
II Şuşa Qlobal Media Forumu işinə başlayır
4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.
BAKI, 20 iyul - Sputnik. İyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçiriləcək.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, müasir informasiya mühitində dezinformasiyanın sürətlə yayılması inkişaf və qlobal sabitlik üçün ən əsas təhdidlərdən biri hesab edilə bilər. Texnologiyanın hər bir sahə üçün yaratdığı bir çox imkanlarla yanaşı, məlumat həcminin və kanallarının artması həm düzgün məlumatlandırma sistemlərinin formalaşdırılması, həm də istehlakçıların etibarlı məlumatı müəyyən etməsi ilə bağlı yeni yanaşma, alət və mexanizmləri gündəmə gətirir.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.
Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib və sualları cavablandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.