https://sputnik.az/20240719/vens-putin-qerbi-tehdid-etmir-466128841.html
Vens: Putin Qərbi təhdid etmir
Vens: Putin Qərbi təhdid etmir
Sputnik Azərbaycan
Vens Rusiya Prezidenti Vladimir Putinlə bağlı radikal mövqe tutmur və Münhen konfransında Putinin Avropa üçün ekzistensial təhlükə olmadığını bildirib. 19.07.2024, Sputnik Azərbaycan
2024-07-19T20:25+0400
2024-07-19T20:25+0400
2024-07-19T20:25+0400
putin
dünya xəbərləri
qərb
qərb
qərb
müsahibə
müsahibə
donald tramp
tramp
vitse-prezident
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465813811_0:0:3390:1907_1920x0_80_0_0_0d82f05c1e14b19fbeae0053d825c279.jpg
BAKI, 19 iyul — Sputnik. ABŞ prezidentliyinə namizəd Donald Trampın Cey Di Vensi vitse-prezident təyin etməsi Avropa siyasətçilərini ehtiyatlı olmağa vadar edib. Qərb KİV-i bu barədə yazıb. Nəşrin müəllifləri qeyd ediblər ki, Vens Rusiya Prezidenti Vladimir Putinlə bağlı radikal mövqe tutmur və Münhen konfransında Putinin Avropa üçün ekzistensial təhlükə olmadığını bildirib. Materialda deyildiyi kimi, Vens onu da bildirib ki, Avropa və ABŞ Ukraynanı Rusiyanı məğlub etmək üçün lazım olan silahlarla təmin edə bilməyəcək və bu, ciddi narahatlıq yaradır. Olaf Şoltsun Sosial Demokrat Partiyasının sözçüsü Nils Şmidin sözlərinə görə, Vens "Ukrayna məsələsində Trampdan daha radikal mövqe tutur" və Kiyevə hərbi dəstəyi dayandırmaq niyyətindədir. Bundan əvvəl Trampın vitse-prezidentliyə namizəd kimi Ohayo senatoru Cey Di Vensi seçdiyi məlum olub. Media bildirib ki, Vens daha əvvəl Ukraynanın taleyi ilə maraqlanmadığını iddia edib. Bu arada o, Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsini "maraqlı" adlandırıb. Ekspertlər hesab edirlər ki, Vens 2028-ci ildə ABŞ-a rəhbərlik etmək üçün hər cür şansa malikdir.
qərb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465813811_179:0:2910:2048_1920x0_80_0_0_deb368db9be41ee5006b6b1665f6619c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, qərb, qərb, qərb, müsahibə, müsahibə, donald tramp, tramp, vitse-prezident
putin, qərb, qərb, qərb, müsahibə, müsahibə, donald tramp, tramp, vitse-prezident
Vens: Putin Qərbi təhdid etmir
Vens Rusiya Prezidenti Vladimir Putinlə bağlı radikal mövqe tutmur və Münhen konfransında Putinin Avropa üçün ekzistensial təhlükə olmadığını bildirib.
BAKI, 19 iyul — Sputnik. ABŞ prezidentliyinə namizəd Donald Trampın Cey Di Vensi vitse-prezident təyin etməsi Avropa siyasətçilərini ehtiyatlı olmağa vadar edib.
Qərb KİV-i bu barədə yazıb.
Nəşrin müəllifləri qeyd ediblər ki, Vens Rusiya Prezidenti Vladimir Putinlə bağlı radikal mövqe tutmur və Münhen konfransında Putinin Avropa üçün ekzistensial təhlükə olmadığını bildirib. Materialda deyildiyi kimi, Vens onu da bildirib ki, Avropa və ABŞ Ukraynanı Rusiyanı məğlub etmək üçün lazım olan silahlarla təmin edə bilməyəcək və bu, ciddi narahatlıq yaradır.
Olaf Şoltsun Sosial Demokrat Partiyasının sözçüsü Nils Şmidin sözlərinə görə, Vens "Ukrayna məsələsində Trampdan daha radikal mövqe tutur" və Kiyevə hərbi dəstəyi dayandırmaq niyyətindədir.
Bundan əvvəl Trampın vitse-prezidentliyə namizəd kimi Ohayo senatoru Cey Di Vensi seçdiyi məlum olub.
Media bildirib ki, Vens daha əvvəl Ukraynanın taleyi ilə maraqlanmadığını iddia edib. Bu arada o, Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsini "maraqlı" adlandırıb.
Ekspertlər hesab edirlər ki, Vens 2028-ci ildə ABŞ-a rəhbərlik etmək üçün hər cür şansa malikdir.