CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda taksilərin sayı 2 dəfə azaldılıb - nazir müavini bu işin davam edəcəyini açıqladı

© iStock.com / burakkarademirTaksi
Taksi - Sputnik Azərbaycan, 1920, 19.07.2024
Abunə olmaq
Rəhman Hümmətov deyib ki, əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var.
BAKI, 19 iyul — Sputnik. Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb.
Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
"Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək” - deyə o, əlavə edib.
03.07.24, 12:45
Taksi sürücüləri ilə bağlı rüsum müəyyənləşdi
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair hazırlıqlarının, habelə taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıqlarının qiymətləndirilməsinin aparılmasına görə haqqın məbləği 35 manat təsdiq edilib.
Bu Qərar "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram"ı bitirmək haqqında müvafiq şəhadətnamələrə malik şəxslərə şəhadətnamənin etibarlılıq müddətinin sonunadək və 2024-cü il 1 iyul tarixinədək "Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq" keçmiş şəxslərə şamil edilmir.
25.06.24, 13:44
Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı bəlli olub
Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( "Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") alan sürücülərin sayı 7 mini keçib.
Sputnik Azərbaycan-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Xəbərdə qeyd olunub ki, təlim keçən sürücülərin sayı isə 24 mini keçib.
Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında Bakının ehtiyac olan taksi 20 min civarında olduğunu söyləmişdi.
Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( "Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") almalıdır.
05.04.24, 14:55
Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb
Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb
"Dövlət rüsumu haqqında" Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd edək ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, bu günlərdə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.
Xəbər lenti
0