NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dividendlər yoxsa rəqabət - Türkmənistandan Türkiyəyə qaz nəqli Bakı üçün nə deməkdir?

© iStock.com / imaginimaQaz boruları, arxiv
Qaz boruları, arxiv - Sputnik Azərbaycan, 1920, 19.07.2024
Abunə olmaq
Türkiyə Türkmənistandan İran vasitəsilə ildə 1,5-2 milyard kubmetr həcmində svop tədarükü ilə qaz almağa başlaya bilər. Azərbaycan rəqib yoxsa divident qazanacaq?
BAKI, 19 iyul — Sputnik. Türkmənistan ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yeri tutduğu əsas əmtəə - təbii qazın ixracı üçün alternativ bazarları fəal şəkildə nəzərdən keçirir. Türkmənistan satış bazarlarını şaxələndirmək üçün müxtəlif ixrac marşrutlarını araşdırır və son illərdə mübadilə (swap) sxemləri Aşqabad üçün ən məqbul variant kimi görünür.
Bu halda Aşqabad yalnız qonşusu İrana arxalana bilər ki, onun infrastrukturu vasitəsilə türkmən qazı Türkiyə, Azərbaycan, Yaxın Şərq və Qərb ölkələrinin bazarlarına çıxa bilər.
Türkiyə həm türkmən qazını almağa, həm də üçüncü ölkələrə ixrac etməyə hazır olan türkmən qazının alternativ bazarlara çıxması məsələsini fəal şəkildə dəstəkləyir. Üstəlik, Ankara həm də bu sxemdə maraqlı olan bütün tərəflərlə - bir tərəfdən tranzit üçün İranla, digər tərəfdən isə türkmən qazının idxalı üçün Avropa ölkələri ilə danışıqların aparıcısı rolunu öz üzərinə götürür.
Türkiyə hazırdır - bəs infrastruktur?
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Bloomberg" agentliyinə müsahibəsində bildirib ki, Türkmənistana səfəri zamanı bu ölkəyə türkmən qazının tədarükü ilə bağlı yekun razılaşma əldə oluna bilər.
Onun sözlərinə görə, Türkiyə İran vasitəsilə ildə 1,5-2 milyard kubmetr həcmində svop tədarükü vasitəsilə Türkmənistandan qaz almağa başlaya bilər. Nazir Türkmənistandan tədarükün İran-Azərbaycan qaz kəməri ilə həyata keçirilə biləcəyini, daha sonra isə "mavi yanacağın" Türkiyədəki Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) vurulacağını da istisna etməyib.
Türkmənistan qazı ilə bağlı artıq bir sıra sənədlər imzalanıb. Belə ki, mart ayında Aşqabad və Ankara təbii qaz sahəsində tərəfdaşlığın inkişafına dair əməkdaşlıq memorandumu imzalayıblar. Daha sonra iyunun əvvəlində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət qaz şirkəti "Botaş" arasında Türkmənistan qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqlinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidAşqabad şəhərinə mənzərə
Города Ашхабад, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.07.2024
Aşqabad şəhərinə mənzərə
Bir sıra ekspertlər hesab edir ki, türkmən qazını qəbul etmək üçün Türkiyə ilə İran arasında qaz kəməri infrastrukturunun modernləşdirilməsinə ehtiyac var. Lakin onu da qeyd edək ki, Türkiyə İrandan təbii qazı 14 milyard kubmetr tutumlu Tengiz-Ankara qaz kəməri ilə idxal edir. Eyni zamanda, İran qazının Türkiyəyə illik tədarükü təxminən 9,5 milyard kubmetr təşkil edir.
Eyni zamanda, İran və Türkmənistan arasında iki qaz kəməri var: gücü 8 milyard kubmetr olan Körpece-Qurtquyi və ildə 12,5 milyard kubmetr olan Dövlətabad-Seraxs-Xangiran.
Yəni, Türkiyə-İran qaz kəmərindən kifayət qədər istifadə edilmədiyini nəzərə alsaq, Türkmənistan mövcud qaz kəmərinin modernləşdirilməsinə və ötürmə qabiliyyətinin genişləndirilməsinə ehtiyac olmadan İran vasitəsilə Türkiyəyə təxminən 4-5 milyard kubmetr qaz verə bilərdi.
İran daha çox türkmən qazı cəlb etməlidir
Qeyd edək ki, İran və Türkmənistan arasında qaz əməkdaşlığı təkcə Azərbaycana tədarük və Türkiyəyə nəzərdə tutulan svopla məhdudlaşmır. Türkmənistan hər il İrana müxtəlif həcmdə təbii qaz verir. İran mənbələrinin məlumatına görə, keçən il bu rəqəm 2 milyard kubmetrdən çox olub.
Bu həcmlər həm İslam Respublikasının şimal bölgələrində istifadə edilib, həm də svop müqaviləsi əsasında Azərbaycana nəql edilib.
Aşqabad artıq İrana ixrac imkanlarını artırmağı düşünür, çünki keçən ildən İraq və İran arasında 5 il ərzində 9 milyard kubmetrə qədər qaz nəqli barədə razılığa gəlinib.
İyulun əvvəlində isə Aşqabadda İslam Respublikasına "mavi yanacaq" tədarükünü genişləndirmək üçün Türkmənistan-İran danışıqları aparılıb, nəticədə İraqa qaz tədarükü və İran şirkətləri tərəfindən Türkmənistanda 125 km uzunluğunda qaz kəməri və üç qaz kompressor stansiyasının tikintisinə dair saziş imzalanıb. Görülən işlər nəticəsində Türkmənistandan İrana qaz nəql etmək gücü ildə 40 milyard kubmetrə bərabər olacaq.
© AP Photo / Vahid Salemiİranda təbbi qazın emalı zavodu
Завод по переработке природного газа на газовом месторождении Южный Парс на северном побережье Персидского залива в Асалуе, Иран - Sputnik Azərbaycan, 1920, 18.07.2024
İranda təbbi qazın emalı zavodu
Azərbaycan güzəştlər təklif edir
Yuxarıda qeyd edildiyi kimi, türkmən qazı ümumilikdə Türkiyəyə həm İran-Türkiyə qaz kəməri, həm də İran-Azərbaycan qaz kəməri ilə daxil ola bilər, daha sonra isə TANAP vasitəsilə Türkiyəyə nəql olunur.
Qeyd edək ki, Bakı, Tehran və Aşqabad artıq bu məsələdə əməkdaşlıq təcrübəsinə malikdir.
2022-ci ilin yanvarından Azərbaycan və Türkmənistan İran vasitəsilə qaz mübadiləsinə başlayıb. Tərəflər arasında razılaşmaya əsasən, illik tədarük həcmi 1,5-2 milyard kubmetr təşkil edib. Daha sonra, 2022-ci ilin iyununda Bakı və Tehran arasında Türkmənistandan Azərbaycana svop qaz tədarükünün iki dəfə artırılması barədə sənəd imzalanıb.
Lakin bu ilin əvvəlində gözlənilməz xəbərlər yayıldı. Səbəbləri açıqlanmasa da, türkmən qazının Azərbaycana svop nəqli dayanıb.
Ekspertlər hesab edirlər ki, məhz Türkmənistan tədarükdən imtina edib, çünki Azərbaycan svop idxalını artırmaq üçün qanunvericilik bazasını fəal şəkildə hazırlayırdı. Belə ki, Azərbaycan 2024-cü il yanvarın 1-dən svop sazişi çərçivəsində neft və təbii qaz idxalını üç il müddətinə əlavə dəyər vergisindən azad edib.
Beləliklə, vergi güzəştləri nəzərə alınmaqla türkmən qazının İran və Azərbaycan vasitəsilə Türkiyə və Avropaya svop çərçivəsində ixracı ideal variant olardı.
Azərbaycan artıq qazını Avropaya göndərə bilər
Qeyd edək ki, Türkiyə birinci növbədə öz hasilatını artırmaqla, ikincisi, daxili bazarda "mavi yanacağın" istehlak səviyyəsini azaltmaqla qaz idxalından asılılığını azaltmağı gözləyir.
Lakin bu o demək deyil ki, Türkiyə qaz idxalını və ya öz bazarına yanacaq tədarükçülərinin sayını azaltmaq niyyətindədir. Belə ki, Türkiyə özünü regionda qaz qovşağı kimi göstərir, ona görə də Türkiyə bazarına "mavi yanacaq" tədarükçülərinin sayının artırılması ölkə üçün vacibdir.
© Photo : SOCARSOCAR əməkdaşı qaz zavodunda
Сотрудник SOCAR на месте работы - Sputnik Azərbaycan, 1920, 18.07.2024
SOCAR əməkdaşı qaz zavodunda
Eyni zamanda, Türkmənistandan tədarük edilən qaz Türkiyənin daxili bazarında istifadə oluna, Türkiyə bazarında istehlak edilən Azərbaycan qazının həcmi isə Avropa bazarına yönəldilə bilər.
Burada sual yarana bilər: türkmən qazı artıq Türkiyəyə çatdığına görə niyə birbaşa Avropa ölkələrinə verilə bilmir? Cavab sadədir: Azərbaycanın qaz ixracını artırmaq üçün artıq Avropa Komissiyası ilə hazır müqavilələri var və Türkiyə bazarında qənaət edilən Azərbaycan yanacağının artığı Avropa bazarına çıxarıla bilər.
Halbuki türkmən qazını almaq üçün Brüssel Aşqabadla uzunmüddətli müqavilələr bağlamalı olacaq və məlum olduğu kimi, iqlim gündəminə görə Aİ belə müqavilələrdən imtina edir. Özünü artıq etibarlı təchizatçı kimi sübut etmiş Azərbaycanla hazır müqaviləyə malik olmaqla, özünü yeni qaz təchizatçısına bağlamaq o qədər də məntiqli deyil.
Təbii ki, bu, gözlənilməz hallara görə Aİ-də belə bir ehtiyac yaranarsa, Türkmənistan qazının ortamüddətli perspektivdə Avropaya tədarükünün mümkünlüyünü istisna etmir. Lakin indiki mərhələdə Azərbaycanın simasında Aİ-yə tanış olan tərəfdaşa üstünlük verilir.
Beləliklə, türkmən qazının Türkiyəyə tədarükünə başlandıqdan sonra Azərbaycan istənilən halda qazanclı olaraq qalacaq. Birincisi, tranzit Azərbaycan ərazisindən keçərsə, Bakı Türkmənistanın "mavi yanacağının" daşınmasından dividend əldə edəcək.
İkincisi, türkmən qazı Türkiyə bazarında Azərbaycan qazının bir hissəsini əvəz edə bilər və bu halda Azərbaycandan buraxılan yanacaq həcmləri Avropa bazarında kifayət qədər sərfəli qiymətə satıla bilər.
Xəbər lenti
0