DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bütün sülh təklifləri nəzərdən keçirilməlidir - Çin Xarici İşlər Nazirliyi

© AP Photo / Andy WongÇin Xarici İşlər Nazirliyi
Çin Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 19.07.2024
Abunə olmaq
Diplomat həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət Rusiya ilə Ukrayna arasında birbaşa dialoqun bərpası üçün şərait yaratmalıdır.
BAKI, 19 iyul — Sputnik. Ukrayna üzrə beynəlxalq konfrans həm Moskva, həm də Kiyev tərəfindən təsdiqlənməlidir və Pekin siyasi nizamlanma məsələsində bütün tərəflərlə qarşılıqlı fəaliyyətə hazırdır. bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan deyib.
Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Ukrayna üzrə növbəti sülh konfransının keçirilməsi ilə bağlı Çinlə yüksək səviyyəli danışıqlara başlamasını təklif edib.
"Biz həmişə belə hesab etmişik ki, beynəlxalq sülh konfransında üç mühüm amil olmalıdır: həm Rusiya, həm də Ukrayna tərəfindən tanınması, bütün tərəflərin bərabər iştirakı və bütün sülh təkliflərinin müzakirəsi", - deyə Lin Tszyan cümə günü keçirilən brifinqdə bildirib.
Diplomat həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət Rusiya ilə Ukrayna arasında birbaşa dialoqun bərpası üçün şərait yaratmalıdır.
"Eyni zamanda, böyük dövlətlər müsbət yanaşma nümayiş etdirməli, mənfi təsir yaratmamalıdır", - o vurğulayıb.
Lin Tszyan əlavə edib ki, Çin münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamağa və böhranın siyasi həllinin təşviqində konstruktiv rol oynamağa hazırdır.
Xəbər lenti
0