https://sputnik.az/20240719/azerbaycanin-yeni-inteqrasiya-siyaseti-bakinin-set-le-emekdasligi-ne-ved-edir-466104572.html
Azərbaycanın yeni inteqrasiya siyasəti: Bakının ŞƏT-lə əməkdaşlığı nə vəd edir?
Azərbaycanın yeni inteqrasiya siyasəti: Bakının ŞƏT-lə əməkdaşlığı nə vəd edir?
Sputnik Azərbaycan
Ekspertlərin fikrincə, Azərbaycanın təşkilatın işində fəaliyyətini genişləndirməsi ölkəmizə dividentlər gətirəcək. 19.07.2024, Sputnik Azərbaycan
2024-07-19T09:27+0400
2024-07-19T09:27+0400
2024-07-19T09:27+0400
şət
siyasət
şanxay
şanxay əməkdaşlıq təşkilatı
elşad mirbəşiroğlu
ilqar vəlizadə
politoloq ilqar vəlizadə
astana
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481064_0:159:3078:1890_1920x0_80_0_0_6e92f315acc6cde006f1d57161adcd1e.jpg
BAKI, 19 iyul — Sputnik. Ən azı beş ölkə - Ermənistan, Azərbaycan, Banqladeş, Kamboca və Şri-Lanka müşahidəçi ölkə statusu almaq üçün müraciət edib. Bunu İran İslam Respublikasının ŞƏT Katibliyindəki Milli Koordinator Mehrdad Kiayeyi "İzvestiya"ya bildirib. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb. Bir müddət əvvəl Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də Astanada keçirilən sammitində ali səviyyədə təmsil olunub. Azərbaycanın ŞƏT-lə olan əməkdaşlığa marağı sammit çərçivəsində keçirilən görüşlərdə də özünü büruzə verirdi. Xüsusəndə qlobal nəqliyyat dəhlizləri ilə bağlı məsələlərin müzakirəsinin genişləndiyi və qütbləşən dünyada regional əməkdaşlıq platformasında təmsil olunmaq rəsmi Bakının strateji siyasi kursunun istiqamətini anlamağa imkan verir. Bəs ŞƏT-lə əməkdaşlıq niyə vacibdir? Mövzu ilə bağlı siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu və politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a danışıb. Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan Şanxay əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə ikitərəfəli qaydada çox geniş əməkdaşlıq mövcuddur: "ŞƏT-in formalaşması və fəaliyyət prinsipləri də Azərbaycanın yanaşmalarına çox uyğundur. ŞƏT mədəniyyətlərarası təşkilat kimi nəzərdən keçirilə bilər. Azərbaycan da hər zaman mədəniyyətlərarası dialoqu təşviq edir. Bu baxımında ölkəmizlə bu təşkilat arasında bərbərhüquqluluq, daxili işlərə qarışmamaq, ərazi bütövlüyü kimi prinsiplər əsasında münasibətlər qurulmaqdadır. Elə bu prinsiplər özü təşkilatın əsasını təşkil etməkdədir". Elşad Mirbəşiroğlu qeyd edir ki, Azərbaycan özü üçün məqbul bildiyi platformalar çərçivəsində hər zaman fəallıq nümayiş etdirir: "ŞƏT-ə üzv ölkələr də Azərbaycanın statusunun yüksəldilməsində maraqlıdırlar. Xatırladaım ki, bu yaxınlarda Astana keçirilən sammitdə Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Həmin vaxt Çin lideri də Azərbaycanın təşkilatda statusunun yüksəlməsinə dəstək verəcəyini bildirmişdi. Hesab edirəm ki, ŞƏT bu gün regional öməkdaşlıq üçün ən səmərəli platformalardan biridir. Bu platforma çərçivəsində dövlətlər bərabər hüququlu və qarşılıqlı hörmət əsasında əməkdaşlıq edirlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təşkilatın işində fəaliyyətini genişləndirməsi ölkəmizə dividentlər gətirəcək". Politoloq İlqar Vəlizadə isə deyir ki, ŞƏT-in coğrafiyası böyüyür və bu Azərbaycana da təsir edir: "Təşkilatın aparıcı üzv ölkələri Azərbaycanın qonşularıdır və bu faktı biz gözardı edə bilmərik. Azərbaycan çalışmalıdır ki, bu faktordan öz xeyrinə istifadə etsin". Onun sözlərinə görə, son illərdə ölkələrin regional siyasətdə aktivliyi öz çəkisini artırır: "Beynəlxalq siyasi sistem pozulub və dağılır. Bu halda regional əməkdaşlığın əhəmiyyəti artır. Bu baxımdan ŞƏT də regional təhlükəsizlik siteminin çox vacib elementinə çevrilir. Digər tərəfdən qeyd etmək lazımdır ki, iqtisadi əməkdaşlıq baxımından bu təşkilatın təsir dairəsi böyükdür. Azərbaycan son illər xüsusilə region ölkələri sıx əməkdaşlıq etməyə başlayıb. Buna nümunə kimi Çinlə artan əməkdaşlığı qeyd edə bilərik. Elə ŞƏT-in Astanada keçirilən son sammitində də ölkələrimiz arasında strateji əməkdaşlıq sazişi imzalandı. Nəzərə alsaq ki, Çin bu təşkilatın aparıcı ölkəsidir. Çinin fəal olduğu platformada ölkəmizin təmsil olunması düşünürəm ki, faydalı olacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481064_174:0:2905:2048_1920x0_80_0_0_55305ffd1dbc1f7bc78305651310d251.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şət, şanxay, şanxay əməkdaşlıq təşkilatı, elşad mirbəşiroğlu, ilqar vəlizadə, politoloq ilqar vəlizadə, astana
şət, şanxay, şanxay əməkdaşlıq təşkilatı, elşad mirbəşiroğlu, ilqar vəlizadə, politoloq ilqar vəlizadə, astana
Azərbaycanın yeni inteqrasiya siyasəti: Bakının ŞƏT-lə əməkdaşlığı nə vəd edir?
Ekspertlərin fikrincə, Azərbaycanın təşkilatın işində fəaliyyətini genişləndirməsi ölkəmizə dividentlər gətirəcək.
BAKI, 19 iyul — Sputnik. Ən azı beş ölkə - Ermənistan, Azərbaycan, Banqladeş, Kamboca və Şri-Lanka müşahidəçi ölkə statusu almaq üçün müraciət edib. Bunu İran İslam Respublikasının ŞƏT Katibliyindəki Milli Koordinator Mehrdad Kiayeyi "İzvestiya"ya bildirib.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb.
Bir müddət əvvəl Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də Astanada keçirilən sammitində ali səviyyədə təmsil olunub. Azərbaycanın ŞƏT-lə olan əməkdaşlığa marağı sammit çərçivəsində keçirilən görüşlərdə də özünü büruzə verirdi.
Xüsusəndə qlobal nəqliyyat dəhlizləri ilə bağlı məsələlərin müzakirəsinin genişləndiyi və qütbləşən dünyada regional əməkdaşlıq platformasında təmsil olunmaq rəsmi Bakının strateji siyasi kursunun istiqamətini anlamağa imkan verir.
Bəs ŞƏT-lə əməkdaşlıq niyə vacibdir?
Mövzu ilə bağlı siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu və politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a danışıb.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan Şanxay əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə ikitərəfəli qaydada çox geniş əməkdaşlıq mövcuddur:
"ŞƏT-in formalaşması və fəaliyyət prinsipləri də Azərbaycanın yanaşmalarına çox uyğundur. ŞƏT mədəniyyətlərarası təşkilat kimi nəzərdən keçirilə bilər. Azərbaycan da hər zaman mədəniyyətlərarası dialoqu təşviq edir. Bu baxımında ölkəmizlə bu təşkilat arasında bərbərhüquqluluq, daxili işlərə qarışmamaq, ərazi bütövlüyü kimi prinsiplər əsasında münasibətlər qurulmaqdadır. Elə bu prinsiplər özü təşkilatın əsasını təşkil etməkdədir".
Elşad Mirbəşiroğlu qeyd edir ki, Azərbaycan özü üçün məqbul bildiyi platformalar çərçivəsində hər zaman fəallıq nümayiş etdirir:
"ŞƏT-ə üzv ölkələr də Azərbaycanın statusunun yüksəldilməsində maraqlıdırlar. Xatırladaım ki, bu yaxınlarda Astana keçirilən sammitdə Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Həmin vaxt Çin lideri də Azərbaycanın təşkilatda statusunun yüksəlməsinə dəstək verəcəyini bildirmişdi. Hesab edirəm ki, ŞƏT bu gün regional öməkdaşlıq üçün ən səmərəli platformalardan biridir. Bu platforma çərçivəsində dövlətlər bərabər hüququlu və qarşılıqlı hörmət əsasında əməkdaşlıq edirlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təşkilatın işində fəaliyyətini genişləndirməsi ölkəmizə dividentlər gətirəcək".
Politoloq İlqar Vəlizadə isə deyir ki, ŞƏT-in coğrafiyası böyüyür və bu Azərbaycana da təsir edir:
"Təşkilatın aparıcı üzv ölkələri Azərbaycanın qonşularıdır və bu faktı biz gözardı edə bilmərik. Azərbaycan çalışmalıdır ki, bu faktordan öz xeyrinə istifadə etsin".
Onun sözlərinə görə, son illərdə ölkələrin regional siyasətdə aktivliyi öz çəkisini artırır:
"Beynəlxalq siyasi sistem pozulub və dağılır. Bu halda regional əməkdaşlığın əhəmiyyəti artır. Bu baxımdan ŞƏT də regional təhlükəsizlik siteminin çox vacib elementinə çevrilir. Digər tərəfdən qeyd etmək lazımdır ki, iqtisadi əməkdaşlıq baxımından bu təşkilatın təsir dairəsi böyükdür. Azərbaycan son illər xüsusilə region ölkələri sıx əməkdaşlıq etməyə başlayıb. Buna nümunə kimi Çinlə artan əməkdaşlığı qeyd edə bilərik. Elə ŞƏT-in Astanada keçirilən son sammitində də ölkələrimiz arasında strateji əməkdaşlıq sazişi imzalandı. Nəzərə alsaq ki, Çin bu təşkilatın aparıcı ölkəsidir. Çinin fəal olduğu platformada ölkəmizin təmsil olunması düşünürəm ki, faydalı olacaq".