CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollara quraşdırılan yeni monitorlar cərimə yazır?

© Photo : Social media page of Elşad HacıyevYollara quraşdırılan yeni monitor
Yollara quraşdırılan yeni monitor - Sputnik Azərbaycan, 1920, 18.07.2024
Abunə olmaq
Elşad Hacıyev bildirib ki, hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır.
BAKI, 18 iyul — Sputnik. "Yeni monitorlar cərimə yazmır, yalnız sürücünü məlumatlandırır". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
O, bildirib ki, avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir.
"Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir. Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir" - o, bildirib.
Xəbər lenti
0