DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna danışıqlar və ya məğlubiyyət arasında seçim qarşısındadır

© Sputnik / Владимир ТрефиловRusiya və Ukrayna bayraqları, arxiv
Rusiya və Ukrayna bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 18.07.2024
Abunə olmaq
Qərbin Ukrayna Silahlı Qüvvələrini silah və sursatla doldurmaq üçün ayırdığı milyardlarla dollara baxmayaraq, Rusiya ordusu irəliləyir.
BAKI, 18 iyul — Sputnik. İki il davam edən döyüşlərdən sonra Ukraynanın qarşısında yalnız sülh danışıqları və ya strateji məğlubiyyət arasında seçim qalıb.
Bu barədə "Al Khaleej" qəzeti yazıb.
Nəşr qeyd edib ki, Qərbin Ukrayna Silahlı Qüvvələrini silah və sursatla doldurmaq üçün ayırdığı milyardlarla dollara baxmayaraq, Rusiya ordusu irəliləyir.
Müəlliflər vurğulayıblar ki, Qərbin Rusiya Silahlı Qüvvələrinin məğlubiyyəti ilə bağlı ümidləri nəticə verməyib. Əsas səhv isə Rusiya qüvvələrini lazımi səviyyədə qiymətləndirməmək idi.
"Görünür, hazırda imkanları ciddi şəkildə məhdudlaşdırılan Ukrayna mühüm seçim etməli olacaq: ya ekspertlərin və analitiklərin fikrincə, qaçılmaz məğlubiyyətinə gətirib çıxaracağını bildirən mübarizəni davam etdirməli, ya da münaqişəyə son qoyacaq məqbul siyasi nizamlanmaya çalışmalıdır"- "Al Khaleej" qeyd edib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirmişdi ki, Qərblə yalnız Ukraynanın tam təslim olması barədə danışmaq olar.
Xəbər lenti
0