https://sputnik.az/20240718/sovet-ttifaqinin-xxii-olimpiya-oyunlarinda-unudulmaz-qelebesi---olimpiada-80-466077057.html
Sovet İttifaqının XXII Olimpiya oyunlarında unudulmaz qələbəsi - Olimpiada-80
Sovet İttifaqının XXII Olimpiya oyunlarında unudulmaz qələbəsi - Olimpiada-80
Sputnik Azərbaycan
Sputnik Azərbaycan-ın layihəsinin növbəti buraxılışında Cəbiş müəllim SSRİ-də baş tutmuş Yay Olimpiya Oyunlarından danışır. Bu Oyunlar ən əlamətdar... 18.07.2024, Sputnik Azərbaycan
2024-07-18T11:00+0400
2024-07-18T11:00+0400
2024-07-18T11:00+0400
infoqrafika
olimpiada
yay
olimpiya
oyunlar
ssri
qızıl
gümüş
bürünc
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444113468_0:0:268:152_1920x0_80_0_0_6f8bad59c3f956ebe6ce52248fd83aa8.png
XXII Yay Olimpiya Oyunları 1980-ci il 19 iyul-3 avqust tarixlərində Sovet İttifaqında keçirilib. Bu olimpiada sosialist ölkəsində və Şərqi Avropa ərazisində keçirilən ilk oyunlar kimi tarixə düşüb. O zaman SSRİ-dəki olimpiadanı boykot edən ölkələrin sayı az deyildi. Lakin bu, onun nailiyyətlər baxımından əhəmiyyətli olmasına mane olmayıb. Yarışların 14 günü ərzində beş qitənin idmançıları 74 olimpiya, 39 Avropa və 36 dünya rekordu qırıblar. Moskvadakı olimpiadada 25 ölkənin atletləri qızıl medal qazanıb, 36 dövlətin nümayəndəsi oyunların mükafatçısı olub. Tərkibində Azərbaycandan idmançıların da olduğu SSRİ yığması 21 idman növü üzrə yarışlarda iştirak edərək 195 medal, o cümlədən 80 qızıl, 69 gümüş və 46 bürünc medal qazanıb, bununla da medal hesabında birinci yeri tutub. Qeyd edək ki, sovet idmançıları 1980-ci ilin Oyunlarında təmsil olunan bütün idman növlərində medal qazanıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444113444_0:0:269:202_1920x0_80_0_0_f8b6457763e2b0a3fdcffd48d5a25385.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
olimpiada, видео, yay, olimpiya, oyunlar, ssri, qızıl, gümüş, bürünc, azərbaycan, sovet
olimpiada, видео, yay, olimpiya, oyunlar, ssri, qızıl, gümüş, bürünc, azərbaycan, sovet
Sovet İttifaqının XXII Olimpiya oyunlarında unudulmaz qələbəsi - Olimpiada-80
Sputnik Azərbaycan-ın layihəsinin növbəti buraxılışında Cəbiş müəllim SSRİ-də baş tutmuş Yay Olimpiya Oyunlarından danışır. Bu Oyunlar ən əlamətdar olimpiadalardan biri kimi idman tarixinə düşüb.
XXII Yay Olimpiya Oyunları 1980-ci il 19 iyul-3 avqust tarixlərində Sovet İttifaqında keçirilib. Bu olimpiada sosialist ölkəsində və Şərqi Avropa ərazisində keçirilən ilk oyunlar kimi tarixə düşüb.
O zaman SSRİ-dəki olimpiadanı boykot edən ölkələrin sayı az deyildi. Lakin bu, onun nailiyyətlər baxımından əhəmiyyətli olmasına mane olmayıb.
Yarışların 14 günü ərzində beş qitənin idmançıları 74 olimpiya, 39 Avropa və 36 dünya rekordu qırıblar.
Moskvadakı olimpiadada 25 ölkənin atletləri qızıl medal qazanıb, 36 dövlətin nümayəndəsi oyunların mükafatçısı olub.
Tərkibində Azərbaycandan idmançıların da olduğu SSRİ yığması 21 idman növü üzrə yarışlarda iştirak edərək 195 medal, o cümlədən 80 qızıl, 69 gümüş və 46 bürünc medal qazanıb, bununla da medal hesabında birinci yeri tutub.
Qeyd edək ki, sovet idmançıları 1980-ci ilin Oyunlarında təmsil olunan bütün idman növlərində medal qazanıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.