https://sputnik.az/20240718/saglamliq-imkanlari-mehdud-ressam-bakida-unikal-resmler-yaradir-466100769.html
Sağlamlıq imkanları məhdud rəssam Bakıda unikal rəsmlər yaradır
Sağlamlıq imkanları məhdud rəssam Bakıda unikal rəsmlər yaradır
Sputnik Azərbaycan
Cavid Həsənli hesab edir ki, istedadlı insana heç nə, o cümlədən əlillik də mane ola bilməz. 18.07.2024, Sputnik Azərbaycan
2024-07-18T23:42+0400
2024-07-18T23:42+0400
2024-07-18T23:42+0400
rəssam
mədəniyyət
əlil
dövlət rəssamlıq akademiyası
https://cdnn1.img.sputnik.az/img/07e8/07/12/466100460_0:1:1280:721_1920x0_80_0_0_8b5e8c8be44084093f2376aa92e6beb5.jpg
BAKI, 18 iyul — Sputnik. Fiziki məhdudiyyətli rəssam Cavaid Həsənli müxtəlif mövzularda unikal rəsmlər yaradır. Əsərlərində rəssam öz dünyasını, düşüncələrini və ya ona təsir edən hadisələri göstərir. Usta 1992-ci ildə Bakıda anadan olub. O, yeddi yaşına qədər məktəbdə oxuyub, lakin sonra ağır xəstəliyə düçar olub və düzgün müalicə olunmadığından əlil olub. Bu səbəbdən təhsilini evdə davam etdirmək məcburiyyətində qalıb. Məktəbi bitirdikdən sonra kompüter mühəndisliyi fakültəsinə daxil olmaq istəsə də arzusunu reallaşdıra bilməyib. Çox sayda çətinliklərə baxmayaraq, onların öhdəsindən gələ bilən Cavid təhsilini davam etdirməyi qarşısına məqsəd qoyub. 2016-cı ildə o, Ramana kəndində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzində təhsil almağa başlayıb və altı ay orada rəsm kurslarında iştirak edib. "Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında hazırlaşıb imtahan verdim. Bununla kifayətlənməyib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistratura pilləsində təhsilimi davam etdirdim. Sonra Rəssamlıq Akademiyasına "sənətşünaslıq" fakültəsinə magistratura pilləsinə daxil oldum və təhsilimi bu il başa vurdum. Hazırda isə təhsilimi doktoranturada davam etdirmək istəyirəm" - Cavid "Sputnik"ə müsahibəsində deyib. Rəssam hələ də öz üslubunun axtarışındadır, ona görə də onun janrları rəsmdən rəsmə dəyişir. Onun sözlərinə görə, fırça ustası yeni texnika ilə çıxış edəndə, öz üslubunu yaradanda sevinir. "Əsər yaradanda mənim əhvalım və şəklin mövzusu önəmlidir. Mən əsasən daxili aləmimi, düşüncələrimi və ya mənə təsir edən hadisələri çəkirəm" - Cavid qeyd edib. O hesab edir ki, insanda istedad varsa, o, həmişə özünü göstərəcək. Cavidin sözlərinə görə, əlillik də daxil olmaqla, bu yolda heç bir maneə ola bilməz. Bütün çətinliklərə baxmayaraq, o, pozitiv qalmağa və sevdiyi işlə məşğul olmağa çalışır. Hazırda Cavid xaricdə təhsilini davam etdirmək, yeni əsərlər yaratmaq, şəxsi sərgisini açmaq arzusundadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/12/466100460_160:0:1121:721_1920x0_80_0_0_6577842bf5e429e44d09a158fd7913a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
rəssam, əlil, dövlət rəssamlıq akademiyası
rəssam, əlil, dövlət rəssamlıq akademiyası
Sağlamlıq imkanları məhdud rəssam Bakıda unikal rəsmlər yaradır
Cavid Həsənli hesab edir ki, istedadlı insana heç nə, o cümlədən əlillik də mane ola bilməz.
BAKI, 18 iyul — Sputnik. Fiziki məhdudiyyətli rəssam Cavaid Həsənli müxtəlif mövzularda unikal rəsmlər yaradır. Əsərlərində rəssam öz dünyasını, düşüncələrini və ya ona təsir edən hadisələri göstərir.
Usta 1992-ci ildə Bakıda anadan olub. O, yeddi yaşına qədər məktəbdə oxuyub, lakin sonra ağır xəstəliyə düçar olub və düzgün müalicə olunmadığından əlil olub. Bu səbəbdən təhsilini evdə davam etdirmək məcburiyyətində qalıb. Məktəbi bitirdikdən sonra kompüter mühəndisliyi fakültəsinə daxil olmaq istəsə də arzusunu reallaşdıra bilməyib.
Çox sayda çətinliklərə baxmayaraq, onların öhdəsindən gələ bilən Cavid təhsilini davam etdirməyi qarşısına məqsəd qoyub. 2016-cı ildə o, Ramana kəndində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzində təhsil almağa başlayıb və altı ay orada rəsm kurslarında iştirak edib.
"Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında hazırlaşıb imtahan verdim. Bununla kifayətlənməyib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistratura pilləsində təhsilimi davam etdirdim. Sonra Rəssamlıq Akademiyasına "sənətşünaslıq" fakültəsinə magistratura pilləsinə daxil oldum və təhsilimi bu il başa vurdum. Hazırda isə təhsilimi doktoranturada davam etdirmək istəyirəm" - Cavid "Sputnik"ə müsahibəsində deyib.
Rəssam hələ də öz üslubunun axtarışındadır, ona görə də onun janrları rəsmdən rəsmə dəyişir. Onun sözlərinə görə, fırça ustası yeni texnika ilə çıxış edəndə, öz üslubunu yaradanda sevinir.
"Əsər yaradanda mənim əhvalım və şəklin mövzusu önəmlidir. Mən əsasən daxili aləmimi, düşüncələrimi və ya mənə təsir edən hadisələri çəkirəm" - Cavid qeyd edib.
O hesab edir ki, insanda istedad varsa, o, həmişə özünü göstərəcək. Cavidin sözlərinə görə, əlillik də daxil olmaqla, bu yolda heç bir maneə ola bilməz. Bütün çətinliklərə baxmayaraq, o, pozitiv qalmağa və sevdiyi işlə məşğul olmağa çalışır.
Hazırda Cavid xaricdə təhsilini davam etdirmək, yeni əsərlər yaratmaq, şəxsi sərgisini açmaq arzusundadır.