https://sputnik.az/20240718/nikol-pasinyan-londonda-lham-eliyevle-gorusden-imtina-edib-466098967.html
Nikol Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina edib
Nikol Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina edib
Sputnik Azərbaycan
Hikmət Hacıyev deyib ki, Azərbaycan Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtinasını sülh gündəliyindən geri çəkilmək kimi qiymətləndirir. 18.07.2024, Sputnik Azərbaycan
2024-07-18T13:47+0400
2024-07-18T13:47+0400
2024-07-18T18:15+0400
siyasət
hikmət hacıyev
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
prezident ilham əliyev
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
london
britaniya
ermənistan
sülh
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461594380_0:0:3179:1788_1920x0_80_0_0_375ad8ffade5ffb8e6d883917b01fe0e.jpg
BAKI, 18 iyul - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina edib. Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Report-a müsahibəsində deyib: Hacıyevin sözlərinə görə, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. "Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk" - Azərbaycan Prezidentinin köməkçisi deyib.O əlavə edib ki, müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil."Beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirməlidir. Lakin onu irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüsünü öz tərəfimizdən yüksək qiymətləndiririk" - Hacıyev bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461594380_295:0:3026:2048_1920x0_80_0_0_f0dcb4b45cead0792e58c6d3fe093077.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, london, britaniya, ermənistan, sülh
hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, london, britaniya, ermənistan, sülh
Nikol Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina edib
13:47 18.07.2024 (Yenilənib: 18:15 18.07.2024) Hikmət Hacıyev deyib ki, Azərbaycan Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtinasını sülh gündəliyindən geri çəkilmək kimi qiymətləndirir.
BAKI, 18 iyul - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina edib.
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Report-a müsahibəsində deyib:
"Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi".
Hacıyevin sözlərinə görə, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi.
"Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk" - Azərbaycan Prezidentinin köməkçisi deyib.
O əlavə edib ki, müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil.
"Beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirməlidir. Lakin onu irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüsünü öz tərəfimizdən yüksək qiymətləndiririk" - Hacıyev bildirib.