Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Mobil operatorların yeni fırıldağı: İnternetin sürəti artmadı, amma abunə haqqı qaldırıldı

© Sputnik / Evgenya Novozhenina / Mediabanka keçidƏlində smartfon olan şəxs
Əlində smartfon olan şəxs - Sputnik Azərbaycan, 1920, 18.07.2024
Abunə olmaq
Operatorlar iddia edirlər ki, dəyişiklik telekommunikasiya sahəsindəki tələb, təklif və rəqabətin təsiri nəticəsində edilib.
BAKI, 18 iyul — Sputnik. Azərbaycanda əksər mobil operatorlar internetin sürətinin artırılması bəhanəsi ilə abunə haqlarını bahalaşdırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, mobil operatorların abunə haqlarında və digər tariflərində 3 manatadək bahalaşma var.
Nar abunəçisi Zülfiyyə Quluyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 12 manatlıq abunə haqqını Nar mobil operatoru 15 manata qaldırıb. Mobil operator bunu internetin sürətinin artırılması ilə izah edib. Halbuki, abonent ona internetin sürətinin artırılmasına ehtiyac olub-olmadığı barədə heç bir sorğu göndərilmədiyini söyləyib.
Z.Quluyeva bildirib ki, ona 12 manat aylıq abunə haqqı qarşılığında verilən internetin sürətindən razı olub. Ötən aydan abunəçiyə mobil operator tərəfindən mesaj göndərilərək bildirilib ki, aylıq abunənin yenilənməsi üçün balansında 15 manat olmaldır. Müştəri xidmətləri ilə əlaqə saxladıqda, abunəçiyə internetin sürəti artırıldığından, tarifin də bahalaşdığını bildiriblər.
O da məlum olub ki, mobil operatorların demək olar ki, hamısı tarifləri bahalaşdırıb.
"Bakcell" mobil operatoru 15 manatlıq abunə haqqını 17 manata qaldırıb. Bu barədə abonent Ramil Rüstəmov Sputnik Azərbaycan-a bildirib. Digər abonent Zaur Əliyev də bildirib ki, ötən il 9 manata aldığı internet paketi "Bakcell" bu il 15 manata qaldırıb. Jurnalist Süleyman İsmayılbəyli də iki aydır ki, "Bakcell" şirkətinin 15 manatlıq internet paketi 17 manata qaldırdığını təsdiqləyib.
"Azercell Telekom" MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən "Bölgə" tarif paketi çərçivəsində "Limitsiz danışıq" kampaniyasının xidmət haqqı 0,49 manata qalxıb. Buna qədər isə "Limitsiz danışıq" kampaniyasında gündəlik abunə haqqı 0.45 manat idi.
"Bakcell"dən Sputnik Azərbaycan-a bildirilib ki, 20.02.2024 tarixindən etibarən əvvəlki internet paketləri daha əlverişli olan GB paketləri ilə əvəzlənib. Dəyişiklik telekommunikasiya sahəsindəki tələb, təklif və rəqabətin təsiri nəticəsində edilib.
"Azercell Telekom" MMC-dən isə bildirilib ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq Azercell mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir. Bu məqsədlə bəzi servislərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər:
""Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 20 fevral 2024-cü il tarixindən etibarən qüvvəyə minən müəyyən dəyişikliklər edilib. Bu dəyişiklilər müqabilində abunəçilərə şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılıb, İnternet Paketin həcmi bitdikdən sonra əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə daha həcmli aylıq və günlük internet paketləri təqdim edilib" - qurumdan bildirilib.
Ölkədəki digər mobil internet şəbəkəsi "Nar" Mobile" isə agentliyin bu barədə sorğusuna cavab verməyib.
Xəbər lenti
0