DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan hökuməti çətin şəraitdə suverenliyini qorumağa çalışır - Orban

© AP Photo / Markus Schreiber Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 18.07.2024
Abunə olmaq
Macarıstanın Baş naziri bildirib ki, Avropada bir çox liderlər Gürcüstan kimi bir ölkənin bütün istiqamətlərdə suverenliyini qoruyub saxlamasının nə qədər çətin olduğunu başa düşmürlər.
BAKI, 18 iyul — Sputnik. Xarici agentlər haqqında qanunu qəbul etməklə Gürcüstan hökuməti çətin şəraitdə suverenliyini qorumağa çalışır, lakin Aİ bunu anlamır. Bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
"Gürcüstan hökuməti çox çətin şəraitdə müstəqilliyini və suverenliyini qorumağa çalışır. Təəssüf ki, Avropada bir çox liderlər Gürcüstan kimi bir ölkənin bütün istiqamətlərdə suverenliyini qoruyub saxlamasının nə qədər çətin olduğunu başa düşmürlər. Amma mən Gürcüstan hökumətinin bu cür olmasını həqiqətən yüksək qiymətləndirirəm", - Orban Avropa Siyasi Birliyinin (EPC) sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Bu qanun ölkədə vətəndaşların, eləcə də Aİ-nin tənqidlərinə səbəb olub.
Xəbər lenti
0