Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bağçalara qanunsuz yollarla uşaq yerləşdirənlərə xəbərdarlıq!

© Official website of President of Azerbaijan RepublicUşaq bağçası, arxiv
Uşaq bağçası, arxiv - Sputnik Azərbaycan, 1920, 18.07.2024
Abunə olmaq
Bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem ferqi vaxtlarda aktiv olacaq.
BAKI, 18 iyul — Sputnik. Qeyri-qanuni yolla bağçaya yazdırılan uşaqların adı sistemdə görünmür. Sputnik Azərbacan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, bununla bağlı mütəmadi monitorinqlər aparılır və bu cür hallara yol verən müəssisə rəhbərləri ilə bağlı qanuni tədbirlər görülür.
Xatırladaq ki, iyulun 16-ı saat 15:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına start verilib. Uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq.
Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Məlumat üçün bildirək ki, əvvəlki ildən fərqli olaraq bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem ferqi vaxtlarda aktiv olacaq.
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.
Mayın 16-dan etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
16.07.24, 10:00
Dövlət bağçalarında yer olmadıqda uşaqlar özəl bağçalara hansı şərtlərlə qəbul ediləcək?
Özəl bağçalarda dövlət hesabına təhsil almaq mümkün olacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirilib ki, özəl bağçalar ödənişli əsaslarla fəaliyyət göstərir və bütün valideynlərin buna imkanı çatmaya bilər. Bu səbəbdən dünya təcrübəsi əsas götürülərək, belə bir layihə hazırlanıb.
Qeyd edək ki, dövlət hesabına məktəbəqədər təhsil almağa yer tapmayan uşaqlar özə bağçalara yerləşdiriləcək.
Bu məlumat valideynlər tərəfindən böyük maraqla qarşılanıb.
Sputnik Azərbaycan bu prosedurun necə aparılacağını araşdırıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirilib ki, maliyyənin müəyyən hissəsini dövlət qarşılayacaq, qalan hissəsi isə valideyn tərəfindən ödənəcək.
"Özəl bağça tamamilə pulsuz olmayacaq. Şəhid və qazi övladları, əlilliyi olanlar, tək işləyən, təhsil alan valideynlərin övladları üstünlük hüququna malik olacaqlar. Sonra isə dövlət bağçalarına elektron sistem üzrə növbə gözləyən valideynlərə təklif göndəriləcək. Artıq özəl bağçalarla görüşlər olub, fikir mübadiləsi aparılıb. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək" - deyə İ.Rəsulova bildirib.
Elm və Təhsil Nazirliyindən isə prosedurun necə aparılacağı barədə ictimaiyyətə yaxın vaxtlarda geniş açıqlama veriləcəyini bildirdilər.
Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət bağçaları ilə paralel olaraq özəl bağçalarda da pulsuz təhsil imkanlarının yaradılması alqışlanandır.
"Əgər valideyn öz övladını dövlət bağçasına yerləşdirə bilmirsə, pulsuz özəl bağçaya yerləşdirə biləcək. Bunu isə məktəbəqədər təhsilə bir növ təşviq adlandırmaq olar. Məktəbəqədər təhsil pilləsi ən azı ibtidai təhsil pilləsi qədər startejidir. Məktəbəqədər təhsil pilləsində şagirdlərlə düzgün iş qurulmalıdır. Bağçada uşaqların öz yaşıdları ilə kommunikasiya qurmaq, müəyyən bilik bacarıqlara yiyələnməsi sosial mühitdə formalaşması təmin edilir" - deyə Elçin Əfəndi bildirib.
O, qeyd edib ki, artıq məktəbəqədər təhsil pilləsi üzrə islahatlara başlanılıb: " Artıq məktəbədər təhsil pilləsi üzrə təhsilverənlərin bilik və bacarıqlarının yoxlanılıb ölçülməsi prosesinə başlanılıb. Bu məqsədlə diaqnostik qiymətləndirmələr aparılır. Qarşıdakı dövrdə onların da işə qəbulu mərkəzləşmiş qaydada şəkildə həyata keçiriləcək. Məktəbəqədər təlim-tərbiyyə ixtisası üzrə ali və orta ixtisas təhsili olanlar bu prosesə cəlb ediləcəklər. Bütün bu islahatlar məktəbəqədər təshil pilləsi üzrə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət göstərəcəkdir".
E.Əfəndi seçiləcək özəl bağçalarda bəzi məqamların xüsusi nəzərə alınmalı olduğunu söyləyib. Bildirib ki, bu zaman bağçaların uşaqların yaşadığı ərazidə olması və sair məqamlar da nəzərə alınmalıdır.
Xatırladaq ki, Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu preschool.grants@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi iyulun 29-dur.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Hazırda, bu göstərici 35%-dir. Strategiyanın hədəfinə nail olmaq üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Məlumat üçün onu da əlavə edək ki, hazırda ölkə üzrə 1668 məktəbəqədər təhsil müəssisəsi 6254 qrup var. Paytaxtda təxminən 330-dan çox məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Xəbər lenti
0