https://sputnik.az/20240718/cinden-qurd-cixan-qrili-bisiren-tendirxana-barede-qerar-verildi-466105201.html
İçindən qurd çıxan qrili bişirən təndirxana barədə qərar verildi
İçindən qurd çıxan qrili bişirən təndirxana barədə qərar verildi
Sputnik Azərbaycan
"Təndir N1" iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki... 18.07.2024, Sputnik Azərbaycan
2024-07-18T17:20+0400
2024-07-18T17:20+0400
2024-07-18T17:20+0400
toyuq
cəmiyyət
qril
təndir
təndirxana
aqta
https://cdnn1.img.sputnik.az/img/07e8/07/12/466105015_0:68:3072:1796_1920x0_80_0_0_60a3aa402fcefdbe98172bbacf60f385.jpg
BAKI, 18 iyul — Sputnik. Media vasitələrində yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İlhamə Zəkaray qızı Əsədovaya məxsus "Təndir N1" iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub. Bu barədə agentlikdən Sputnik Azərbaycan-a bildirilib. Belə ki, baxış zamanı qida obyektində bişmiş yeməklərin çiy toyuq və ət məhsulları ilə birgə saxlandığı, dondurulmuş ət məhsullarının donunun açılması (defrostasiya) proseduru üçün sahənin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, emal və anbar sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinə arayışlarının qanunvericiliyə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Həmçinin ümumi çəkisi 6.6 kq olan subməhsulun (ağ ciyər və qara ciyər) minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər təqdim olunmayıb. Aşkarlanmış nöqsanlarla əlaqədar qanunverciliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Qeyd edək ki, həmin təndirxanada hazırlanan qrilin içindən qurd çıxması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/12/466105015_341:0:3072:2048_1920x0_80_0_0_286a9664e65a0b83c849204b00f2293e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
toyuq, qril, təndir, təndirxana, aqta
toyuq, qril, təndir, təndirxana, aqta
İçindən qurd çıxan qrili bişirən təndirxana barədə qərar verildi
"Təndir N1" iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.
BAKI, 18 iyul — Sputnik. Media vasitələrində yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İlhamə Zəkaray qızı Əsədovaya məxsus "Təndir N1" iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.
Bu barədə agentlikdən Sputnik Azərbaycan-a bildirilib.
Belə ki, baxış zamanı qida obyektində bişmiş yeməklərin çiy toyuq və ət məhsulları ilə birgə saxlandığı, dondurulmuş ət məhsullarının donunun açılması (defrostasiya) proseduru üçün sahənin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, emal və anbar sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinə arayışlarının qanunvericiliyə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb.
Həmçinin ümumi çəkisi 6.6 kq olan subməhsulun (ağ ciyər və qara ciyər) minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər təqdim olunmayıb.
Aşkarlanmış nöqsanlarla əlaqədar qanunverciliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, həmin təndirxanada hazırlanan qrilin içindən qurd çıxması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı.