Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bağça müəllimlərini imtahandan keçirəcəklər

© Official website of President of Azerbaijan RepublicUşaq bağçası, arxiv
Uşaq bağçası, arxiv - Sputnik Azərbaycan, 1920, 18.07.2024
Abunə olmaq
Məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti diaqnostik qiymətləndirmədə mövzularla bağlı sualların hansı səpkidə olacağı ilə tanış olacaqlar.
BAKI, 18 iyul — Sputnik. İyulun 22-də məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti üçün onlayn sınaq qiymətləndirilməsi olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, iki sınaq imtahanının keçirilməsi planlaşdırılır. İ.Rəsulova vurğulayıb ki, bununla da məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti diaqnostik qiymətləndirmədə mövzularla bağlı sualların hansı səpkidə olacağı ilə tanış olacaqlar:
"Bu imtahanlar könüllüdür. Düşünürəm ki, pedaqoji heyətin bu imtahanlarda iştirakı onların xeyrinədir". "Həmçinin respublika üzrə imtahan mərkəzlərində əyani imtahanlar da həyata keçiriləcək və bununla bağlı məlumat veriləcək".
09.07.24, 13:41
Bağça müəllimlərinin diaqnostik qiymətləndirməsi aparılacaq
Bağçalarda çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırdır. Diaqnostik qiymətləndirilmə ilin sonunadək keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb:
"Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi müzakirə olunub. Bu ayın sonunadək iki sınaq imtahanı keçiriləcək. ARTİ tərəfindən çərçivə sənədi ilə bağlı vebinarlar təşkil ediləcək".
O qeyd edib ki, son iki ildə mərkəzləşdirilmiş imtahan nəticəsində uşaq baxçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib.
Orxan Abbasovun sözlərinə görə, ötən ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə iki dəfə imtahan keçirilib:
"Bu il məktəbəqədər təsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib. Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlarıdan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib".
06.03.24, 12:58
Bu il bağça müəllimlərinin sertifikasiyası aparılmayacaq
Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər üçün cari ildə sertifikatlaşdırma prosesi keçirilməyəcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.
O bildirib ki, tərbiyəçilər üçün cari ildə yalnız diaqnostik qiymətləndirmə keçiriləcək:

"Bu, bütün ölkədə elektron qaydada tətbiq olunacaq. 60 sualdan ibarət olan tapşırıqlar nəzəri, psixoloji suallardan ibarət olacaq. Diaqnostikaya 1 ay qalmış tərbiyəçilərə bu barədə məlumat veriləcək".

© Photo : The Azerbaijan Republic Education PortalTəhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, arxiv şəkli
Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, arxiv şəkli
Eşqi Bağırov diqqətə çatdırıb ki, 2025-2026-cı illərdə bağçalarda çalışan tərbiyəçilərin 17 minə qədəri sertifikatlaşdırma prosesindən keçiriləcək.
Xatırladaq ki, keçən ilin sonunda "Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşması test və müsahibədən ibarət olmaqla iki mərhələdə aparılacaq.
Qeyd olunub ki, test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir.
Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Test imtahanı mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0