https://sputnik.az/20240718/azerbaycanda-internet-bahalasacaq---resmi-aciqlama-466101449.html
Azərbaycanda internet bahalaşacaq - Rəsmi açıqlama
Azərbaycanda internet bahalaşacaq - Rəsmi açıqlama
Sputnik Azərbaycan
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. 18.07.2024, Sputnik Azərbaycan
2024-07-18T15:26+0400
2024-07-18T15:26+0400
2024-07-18T15:27+0400
internet
azərbaycan xəbərləri
"aztelekom" mmc
"bakı telefon rabitəsi" mmc
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424821750_0:46:3141:1813_1920x0_80_0_0_e22c6de10ff1d7c5e5fac8f50eb7a7bc.jpg
BAKI, 18 iyul — Sputnik. Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti bahalaşacaq. "Aztelekom" MMC-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC vətəndaşların həyat keyfiyyətinin artırılmasına öz töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir. Belə ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq. "Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək: "Tariflərlə bağlı ətraflı məlumatı "Aztelekom" üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, "Baktelecom" üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə klikləməklə əldə edə bilərsiniz", deyə sorğuya cavabda bildirilib. Qeyd edilib ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır: "Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır. Şirkətimiz davamlı olaraq bazar konyukturasını resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyət və şirkətin maliyyə dayanıqlılığı, habelə xidmət keyfiyyətinin mütəmadi artırılması kontekstində dəyərləndirir. Xidmət şərtlərimiz və qiymət təkliflərimiz barədə məlumatlar "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında dərc edilib". Qeyd edək ki, şirkətin saytında qeyd olunub ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Qeyd edilən qiymət dəyişikliklər xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli "Təşəkkür" tarif paketlərini əhatə etməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424821750_410:0:3141:2048_1920x0_80_0_0_9644e0ead9b568d7d6bcb0d0b963459f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
internet, "aztelekom" mmc , "bakı telefon rabitəsi" mmc
internet, "aztelekom" mmc , "bakı telefon rabitəsi" mmc
Azərbaycanda internet bahalaşacaq - Rəsmi açıqlama
15:26 18.07.2024 (Yenilənib: 15:27 18.07.2024) Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.
BAKI, 18 iyul — Sputnik. Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti bahalaşacaq. "Aztelekom" MMC-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC vətəndaşların həyat keyfiyyətinin artırılmasına öz töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir.
Belə ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq.
"Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək: "Tariflərlə bağlı ətraflı məlumatı "Aztelekom" üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, "Baktelecom" üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə klikləməklə əldə edə bilərsiniz", deyə sorğuya cavabda bildirilib.
Qeyd edilib ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır:
"Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır. Şirkətimiz davamlı olaraq bazar konyukturasını resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyət və şirkətin maliyyə dayanıqlılığı, habelə xidmət keyfiyyətinin mütəmadi artırılması kontekstində dəyərləndirir. Xidmət şərtlərimiz və qiymət təkliflərimiz barədə məlumatlar "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında dərc edilib".
Qeyd edək ki, şirkətin saytında qeyd olunub ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Qeyd edilən qiymət dəyişikliklər xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli "Təşəkkür" tarif paketlərini əhatə etməyəcək.