https://sputnik.az/20240718/azerbaycan-set-e-qosulmaq-ucun-muraciet-edib-466096489.html
Azərbaycan ŞƏT-ə qoşulmaq üçün müraciət edib
Azərbaycan ŞƏT-ə qoşulmaq üçün müraciət edib
Sputnik Azərbaycan
Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş və başqaları da quruma qoşulmaq üçün müraciət edib. 18.07.2024, Sputnik Azərbaycan
2024-07-18T12:09+0400
2024-07-18T12:09+0400
2024-07-18T12:09+0400
şət
siyasət
şanxay əməkdaşlıq təşkilatı
səudiyyə ərəbistanı
şri-lanka
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481042_0:159:3077:1890_1920x0_80_0_0_24ac6f54b8274a66e6888f52ca811f2d.jpg
BAKI, 18 iyul — Sputnik. Ən azı beş ölkə - Ermənistan, Azərbaycan, Banqladeş, Kamboca və Şri-Lanka müşahidəçi ölkə statusu almaq üçün müraciət edib. Bunu İran İslam Respublikasının ŞƏT Katibliyindəki Milli Koordinator Mehrdad Kiayeyi "İzvestiya"ya bildirib. "Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və başqaları qoşulmaq üçün müraciət edib. Bu ölkələr statuslarını dialoq tərəfdaşından müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsipcə, bu məsələni nəzərdən keçirməyə hazırıq və müvafiq ərizəçilər və təşkilata üzv dövlətlərlə razılaşaraq, müəyyən nəticəyə gəlmək istəyirik", - Mehrdad Kiayeyi bildirib. Onun sözlərinə görə, əvvəlcə həmin ölkələr müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam üzv ola bilərlər. Banqladeş dialoq tərəfdaşlarından biri deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələni ötürmək olar, Mehrdad Kiayeyi qeyd edib. O bildirib ki, bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb. Ümumilikdə ŞƏT Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər ərazidə 26 üzv dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481042_173:0:2904:2048_1920x0_80_0_0_a86615f33399d3e81089e1fb1d43f457.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şət, şanxay əməkdaşlıq təşkilatı, səudiyyə ərəbistanı, şri-lanka, türkiyə
şət, şanxay əməkdaşlıq təşkilatı, səudiyyə ərəbistanı, şri-lanka, türkiyə
Azərbaycan ŞƏT-ə qoşulmaq üçün müraciət edib
Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş və başqaları da quruma qoşulmaq üçün müraciət edib.
BAKI, 18 iyul — Sputnik. Ən azı beş ölkə - Ermənistan, Azərbaycan, Banqladeş, Kamboca və Şri-Lanka müşahidəçi ölkə statusu almaq üçün müraciət edib. Bunu İran İslam Respublikasının ŞƏT Katibliyindəki Milli Koordinator Mehrdad Kiayeyi "İzvestiya"ya bildirib.
"Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və başqaları qoşulmaq üçün müraciət edib. Bu ölkələr statuslarını dialoq tərəfdaşından müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsipcə, bu məsələni nəzərdən keçirməyə hazırıq və müvafiq ərizəçilər və təşkilata üzv dövlətlərlə razılaşaraq, müəyyən nəticəyə gəlmək istəyirik", - Mehrdad Kiayeyi bildirib.
Onun sözlərinə görə, əvvəlcə həmin ölkələr müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam üzv ola bilərlər. Banqladeş dialoq tərəfdaşlarından biri deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələni ötürmək olar, Mehrdad Kiayeyi qeyd edib. O bildirib ki, bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb.
Ümumilikdə ŞƏT Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər ərazidə 26 üzv dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir.