SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

YAP seçkilərdə namizədlərini müəyyənləşdirdi

© Official website of President of Azerbaijan RepublicYAP-ın binası
YAP-ın binası - Sputnik Azərbaycan, 1920, 17.07.2024
Abunə olmaq
Milli Məclisə keçiriləcək seçkilərdə hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.
BAKI, 17 iyul — Sputnik. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlər müəyyənləşib.
Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.
Qeyd edək ki, iyulun 13-dən deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin qəbuluna başlanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0