Tarixdə bu gün: 17 iyul – FOTO
© Sputnik17 июля
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 17 iyul — Sputnik. İyulun 17-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 17-də kimlər anadan olub?
Şah İsmayıl Xətai (1487-1524) - Səfəvilər dövlətinin banisidir. O, 1500-cü ildə qızılbaşların dəstəyi ilə Azərbaycanı birləşdirməyə başlayıb. 1501-ci ildə Bakı, Şamaxı və Təbrizi ələ keçirdikdən sonra Azərbaycanın ənənəvi şahənşah titulunu, 1502-ci ildə isə bütün İran şahı titulunu qazanıb.
© Official website of President of Azerbaijan RepublicŞah İsmayıl Xətainin heykəli
Şah İsmayıl Xətainin heykəli
© Official website of President of Azerbaijan Republic
Telman Adıgözəlov (1953-2010) - Azərbaycanın xalq artisti, teatr və kino aktyorudur. O, müxtəlif filmlərdə rol alıb.
© Photo : Telman Adıgözəlovun şəxsi arxivindənAzərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlov
Azərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlov
© Photo : Telman Adıgözəlovun şəxsi arxivindən
Donald Sazerlend (1935-2024) - kanadalı səhnə və kino aktyorudur. O, "Emmi" və "Qızıl Qlobus" mükafatlarının qalibidir. Aktyor "Qan bağları", "Yox olma", "Diri ölülərin qalası" və s. filmlərdə bir çox obrazları canlandırıb.
© AP Photo / Evan AgostiniDonald Sazerlend
Donald Sazerlend
© AP Photo / Evan Agostini
Valeri Voronin (1939-1984) - Sovet futbolçusu, yarımmüdafiəçisi, SSRİ idman ustası və əməkdar idman ustasıdır. O, öz nəslinin ən yaxşı futbolçularından biridir.
© Sputnik / Дмитрий Донской
Valeri Voronin
Valeri Voronin
© Sputnik / Дмитрий Донской
Aleksandra Nazarova (1940-2019) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. "Həyatın xırda şeyləri", "Qızıl oğlan", "Sabah saat yeddidə", "Don Juan müharibədən qayıdır" və s. filmlərdə rol alıb.
© Sputnik / Владимир Вяткин
Aleksandra Nazarova
Aleksandra Nazarova
© Sputnik / Владимир Вяткин
Angela Merkel (1954) - Almaniya siyasətçisi və dövlət xadimi, Almaniya Federativ Respublikasının Federal Kansleridir (2005–2021). O, bu vəzifədə olan ilk qadın və Almaniya tarixində hakimiyyət müddəti uzun olan üçüncü qadındır. "Forbes" jurnalının versiyasına görə, Merkel artıq 7 ildir ki, ardıcıl olaraq dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edir.
Angela Merkel
© Sputnik / Sergey Guneev
/ 17 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1791-ci ildə Fransa Kralı XVI Lüdovikin istefasını tələb edən dinc nümayişin iştirakçıları Parisdəki marsovo meydanında güllələniblər.
1868-ci ildə Yaponiyanın paytaxtı Kioto Tokioya köçürülüb.
1902-ci ildə amerikalı mühəndis Uillis Havilend Kerrier ilk müasir kondisioner sistemini layihələndirib.
1955-ci ildə ABŞ-ın Kaliforniya ştatında ilk Disney parkı açılıb.
Ümumdünya Beynəlxalq Cinayət Ədliyyəsi Günü və ya Beynəlxalq Ədalət Günü 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yaradılmasının əsasını təşkil edən Roma Statutunun qəbul edilməsi şərəfinə təsis edilib.