Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

SOCAR təqaüd proqramına qəbul elan edib-350 manat da təqaüd verəcək

Manat - Sputnik Azərbaycan, 1920, 17.07.2024
Abunə olmaq
Təhsil ili ərzində 2 dəfə olmaqla Azərbaycandan Türkiyəyə və əks istiqamətdə təyyarə bileti təmin olunacaq.
BAKI, 17 iyul — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Türkiye Petrolleri Anonim Ortaklığı" şirkəti ilə əməkdaşlıq çərçivəsində Zonguldak Bülent Ecevit Universitetinin (ZBEU) nəzdində fəaliyyət göstərən Çaycuma peşə məktəbinə "Offshore Subsea Operations Technology" (Dənizdə sudibi əməliyyatların texnologiyası) və "Offshore Drilling Technology" (Dənizdə qazma texnologiyası) ixtisasları üzrə təqaüd proqramına qəbul elan edir.
Sputnik Azərbaycan-ın SOCAR-a istinadən verdiyi məlumata görə, 2 illik peşə təhsili müddətində qəbul olmuş şəxsin təhsil haqqı və aylıq 350 manat məbləğində təqaüd SOCAR tərəfindən ödəniləcək. Əlavə olaraq, təhsil ili ərzində 2 dəfə olmaqla Azərbaycandan Türkiyəyə və əks istiqamətdə təyyarə bileti təmin olunacaq.
Təqaüd proqramına kimlər müraciət edə bilər?
Proqrama müraciət etmək üçün namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:
Azərbaycan Respublikası vətəndaşı olmalı;
Tam orta təhsilli olmalı;
Xarici dil bilikləri olmalıdır. (türk dili C-1 və ingilis dili B-1 səviyyələri)
İmtahan nəticələrinə əsasən ehtiyac yaranarsa İngilis dili ilə bağlı nəticələri tələblərə cavab verməyən müraciətçilər peşə məktəbində əlavə olaraq 1 illik hazırlıq müddətinə cəlb oluna bilərlər. Bu müddət ərzində də xərclər SOCAR tərəfindən qarşılanacaqdır.
Seçim prosesi hansı mərhələlərdən ibarətdir?
Müsabiqə mərhələli olaraq keçiriləcək:
Proqrama müraciət mərhələsi (Zonguldak Bülent Ecevit Universitetinin müvafiq sistemi vasitəsilə)
Dil biliyinin yoxlanması mərhələsi:
İngilis və türk dili biliyinin yoxlanması imtahanı (İmtahanlar Zonguldak Bülent Ecevit Universitetinin əməkdaşları tərəfindən Bakıda təşkil ediləcəkdir.)
Proqrama seçim və qəbul mərhələsi. (Seçim Zonguldak Bülent Ecevit Universitetinin tərəfindən aparılacaqdır)
Necə müraciət etmək olar?
Proqramla bağlı əlavə suallarınızı ünvanlamaq üçün:
Əlaqə nömrəsi: +994508410532, +994508410711
E-mail: academy@socar.az
Xəbər lenti
0