https://sputnik.az/20240717/poteka-ve-kredit-zemanet-fondu-ne-qeder-kredit-verib-466078802.html
İpoteka və Kredit Zəmanət Fondu nə qədər kredit verib?
İpoteka və Kredit Zəmanət Fondu nə qədər kredit verib?
Sputnik Azərbaycan
Altı ay ərzində verilmiş ipoteka kreditlərinin orta məbləği 91 000 manat təşkil edib. 17.07.2024, Sputnik Azərbaycan
2024-07-17T19:09+0400
2024-07-17T19:09+0400
2024-07-17T19:09+0400
ipoteka
iqtisadiyyat
ipoteka və kredit zəmanət fondu
azərbaycan
milyard
manat
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020584_0:160:3072:1888_1920x0_80_0_0_961636554557a48e7ff81a28dd1e599d.jpg
BAKI, 17 iyul — Sputnik. Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti ilə 230,2 milyon manat kredit verilib ki, bunun da 64,6 milyon manatı güzəştli ipoteka kreditləridir. Sputnik Azərbaycan bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu il adi ipoteka kreditləri hesabına 1 710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və yaxud ailə mənzil şəraitini yaxşılaşdırıb. Altı ay ərzində verilmiş ipoteka kreditlərinin orta məbləği 91 000 manat təşkil edib. Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə iyulun 1-nə 81,5 milyon manat məbləğində 967 ipoteka krediti üzrə zəmanət verilib. İndiyə qədər Fondun vəsaiti hesabına 3,1 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 50 380 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020584_171:0:2902:2048_1920x0_80_0_0_48644c9c5c072deea1478ca183d708e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ipoteka, ipoteka və kredit zəmanət fondu, azərbaycan, milyard, manat
ipoteka, ipoteka və kredit zəmanət fondu, azərbaycan, milyard, manat
İpoteka və Kredit Zəmanət Fondu nə qədər kredit verib?
Altı ay ərzində verilmiş ipoteka kreditlərinin orta məbləği 91 000 manat təşkil edib.
BAKI, 17 iyul — Sputnik. Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti ilə 230,2 milyon manat kredit verilib ki, bunun da 64,6 milyon manatı güzəştli ipoteka kreditləridir.
Sputnik Azərbaycan bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu il adi ipoteka kreditləri hesabına 1 710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və yaxud ailə mənzil şəraitini yaxşılaşdırıb.
Altı ay ərzində verilmiş ipoteka kreditlərinin orta məbləği 91 000 manat təşkil edib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə iyulun 1-nə 81,5 milyon manat məbləğində 967 ipoteka krediti üzrə zəmanət verilib.
İndiyə qədər Fondun vəsaiti hesabına 3,1 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 50 380 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.