DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mirzoyan: Bakı ilə sülh müqaviləsinin tezliklə imzalanması vacibdir

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidErmənistan xarici işlər naziri Ararat Mirzoyan
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan  - Sputnik Azərbaycan, 1920, 17.07.2024
Abunə olmaq
Ermənistan və Livanın xarici işlər nazirləri ikitərəfli gündəliyin və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə də toxunublar.
BAKI, 17 iyul — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda livanlı həmkarı Abdullah Bu Həbib ilə görüşdə Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyini bəyan edib. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb..
Qeyd olunur ki, həmsöhbətlər Cənubi QafqazYaxın Şərqdə baş verən son hadisələr, təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb, regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Mirzoyan Ermənistanın regionda davamlı sülhə nail olmaq üçün göstərdiyi səylərdən, sülh gündəliyinin həyata keçirilməsində mövcud çətinliklərdən, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərdən danışıb və onun yaxın vaxtlarda imzalanmasının vacibliyini bildirib", - məlumatda deyilir.

Ermənistan və Livanın xarici işlər nazirləri ikitərəfli gündəliyin və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə də toxunublar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov daha əvvəl bildirib ki, Ermənistanın hərbiləşmə siyasəti sülh gündəliyinə təhdid törədir. Ceyhun Bayramov sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddialarının davamlı sülh üçün maneə olduğunu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0