https://sputnik.az/20240717/ev-alanlara-346-mln-manat-edv-qaytarilib-466069055.html
Ev alanlara 34,6 mln. manat ƏDV qaytarılıb
Ev alanlara 34,6 mln. manat ƏDV qaytarılıb
Sputnik Azərbaycan
Cari ilin 6 ayı ərzində portal üzrərindən 2.597 müraciət daxil olub. 17.07.2024, Sputnik Azərbaycan
2024-07-17T23:25+0400
2024-07-17T23:25+0400
2024-07-17T23:25+0400
ədv
cəmiyyət
ev
alqı-satqı
azərbaycan
gün
manat
ədv geri al
https://cdnn1.img.sputnik.az/img/42382/39/423823904_0:205:2001:1330_1920x0_80_0_0_e8a975036c901b82fc51e0c7b3196a2f.jpg
BAKI, 17 iyul — Sputnik. "2022-ci ilin noyabrından 2024-cü il iyulun 1-dək vətəndaşlar tərəfindən müvafiq portal üzrərindən ümumilikdə 16.329 müraciət daxil olub ki, həmin müraciətlərdən 8.563-ü üzrə 34,6 mln. manat vəsaitin ödənilməsi təmin edilib". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı yaydığı məlumatında bildirilib. Qeyd edilib ki, bu ilin 6 ayı ərzində portal üzrərindən 2.597 müraciət daxil olub: O da bildirilib ki, ƏDV-nin bir hissəsinin qaytarılması vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur."2023-cü ilin sentyabrından başlayaraq vergi orqanı tərəfindən vəsait şəxsin müvəkkil bankda olan virtual "Ədvgerial" hesabına köçürülür. Bu isə həmin sahədə mövcud olan bəzi çətinlikləri aradan qaldırıb", - məlumatda bildirilir. Qeyd edilib ki, imtina hallarına səbəb olan bir sıra məqamlar mövcuddur: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42382/39/423823904_0:0:1773:1330_1920x0_80_0_0_593053cf0a321c273c8850191e0a982b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ədv, ev, alqı-satqı, azərbaycan, gün, manat, ədv geri al
ədv, ev, alqı-satqı, azərbaycan, gün, manat, ədv geri al
Ev alanlara 34,6 mln. manat ƏDV qaytarılıb
Cari ilin 6 ayı ərzində portal üzrərindən 2.597 müraciət daxil olub.
BAKI, 17 iyul — Sputnik. "2022-ci ilin noyabrından 2024-cü il iyulun 1-dək vətəndaşlar tərəfindən müvafiq portal üzrərindən ümumilikdə 16.329 müraciət daxil olub ki, həmin müraciətlərdən 8.563-ü üzrə 34,6 mln. manat vəsaitin ödənilməsi təmin edilib".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı yaydığı məlumatında bildirilib.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində portal üzrərindən 2.597 müraciət daxil olub:
"Həmin müraciətlərdən 1.802-si üzrə 9.2 mln. manat vəsait vətəndaşlara ödənilib, müvafiq qaydaların tələblərinə əsasən, 526 müraciət üzrə ödənişdən imtina olunub. Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1.398 sayda "Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması" təqdim edilib ki, onlardan 917-si təsdiqlənib".
O da bildirilib ki, ƏDV-nin bir hissəsinin qaytarılması vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur.
"2023-cü ilin sentyabrından başlayaraq vergi orqanı tərəfindən vəsait şəxsin müvəkkil bankda olan virtual "Ədvgerial" hesabına köçürülür. Bu isə həmin sahədə mövcud olan bəzi çətinlikləri aradan qaldırıb", - məlumatda bildirilir.
Qeyd edilib ki, imtina hallarına səbəb olan bir sıra məqamlar mövcuddur:
"Bunlar son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında e-qaimənin məlumatlarının əks etdirilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.