https://sputnik.az/20240717/dovlet-xidmeti-meshur-avtomobil-sirketinin-yerli-dilerine-qarsi-is-qaldirib-466067989.html
Dövlət Xidməti məşhur avtomobil şirkətinin yerli dilerinə qarşı iş qaldırıb
Dövlət Xidməti məşhur avtomobil şirkətinin yerli dilerinə qarşı iş qaldırıb
Sputnik Azərbaycan
Araşdırmalar nəticəsində şirkətin müştərilərlə bağladığı müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər əlavə etdiyi haqsız... 17.07.2024, Sputnik Azərbaycan
2024-07-17T13:21+0400
2024-07-17T13:21+0400
2024-07-17T13:21+0400
avtomobil
iqtisadiyyat
"hunday"
azərbaycan
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/40326/53/403265337_0:194:1801:1207_1920x0_80_0_0_2d7228b08509fe46df475c56114319ea.jpg
BAKI, 17 iyul — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda "Hyundai" markalı minik avtomobillərinin satışı ilə məşğul olan "Auto Azərbaycan" MMC-yə qarşı iş qaldırıb. Bu barədə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, araşdırmalar nəticəsində şirkətin müştərilərlə bağladığı müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər əlavə etdiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı və bununla da, haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib. İşə baxılması zamanı "Auto Azərbaycan" yol verdiyi haqsız rəqabət hallarını könüllü olaraq aradan qaldırıb və bunu Dövlət Xidməti nəzərə alıb. Nəticədə avtomobillərin satışı zamanı bağlanmış zəmanət müqaviləsində, eləcə də zəmanət və servis kitabçalarında sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklər nəzərdə tutmaqla haqsız rəqabətə yol verməməsi haqqında icrası məcburi göstəriş verilib. Eyni zamanda "Auto Azərbaycan"ın istehlakçı müqavilələrində və zəmanət şərtlərində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aradan qaldırması nəzərə alınıb. Rəqabət qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir. İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur. Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda, Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı (office@competition.gov.az) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40326/53/403265337_0:0:1613:1210_1920x0_80_0_0_6a6812ba3c98165413924ef8c16d8bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtomobil, "hunday", azərbaycan, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
avtomobil, "hunday", azərbaycan, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
Dövlət Xidməti məşhur avtomobil şirkətinin yerli dilerinə qarşı iş qaldırıb
Araşdırmalar nəticəsində şirkətin müştərilərlə bağladığı müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər əlavə etdiyi haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.
BAKI, 17 iyul — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda "Hyundai" markalı minik avtomobillərinin satışı ilə məşğul olan "Auto Azərbaycan" MMC-yə qarşı iş qaldırıb. Bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, araşdırmalar nəticəsində şirkətin müştərilərlə bağladığı müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər əlavə etdiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı və bununla da, haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib. İşə baxılması zamanı "Auto Azərbaycan" yol verdiyi haqsız rəqabət hallarını könüllü olaraq aradan qaldırıb və bunu Dövlət Xidməti nəzərə alıb.
Nəticədə avtomobillərin satışı zamanı bağlanmış zəmanət müqaviləsində, eləcə də zəmanət və servis kitabçalarında sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklər nəzərdə tutmaqla haqsız rəqabətə yol verməməsi haqqında icrası məcburi göstəriş verilib. Eyni zamanda "Auto Azərbaycan"ın istehlakçı müqavilələrində və zəmanət şərtlərində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aradan qaldırması nəzərə alınıb.
Rəqabət qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.
Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda, Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı (office@competition.gov.az) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.