Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Birləşdik - 2024" təlimi davam edir - FOTO - VİDEO

© AR Ministry of Defence"Birləşdik - 2024" təliminin taktiki epizodu nümayiş etdirilib
Birləşdik - 2024 təliminin taktiki epizodu nümayiş etdirilib - Sputnik Azərbaycan, 1920, 17.07.2024
Abunə olmaq
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyəti beynəlxalq təliminin taktiki epizodunu izləyiblər.
BAKI, 17 iyul - Sputnik. Qazaxıstan Respublikasında keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı ölkələrinin hərbi rəhbərliyi "Oymaşa" təlim poliqonuna gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
© AR Ministry of Defence"Birləşdik - 2024" təliminin taktiki epizodu nümayiş etdirilib
Birləşdik - 2024 təliminin taktiki epizodu nümayiş etdirilib - Sputnik Azərbaycan, 1920, 17.07.2024
"Birləşdik - 2024" təliminin taktiki epizodu nümayiş etdirilib
Nümayəndələr əvvəlcə poliqonda təlim iştirakçıları üçün yaradılan şəraitlə tanış olublar. Xarici hərbi kontingentin yerləşdiyi yerlərə və yeməkxanaya baxış keçirilib.
Sonra Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları tranşey döyüşü nümayiş etdiriblər.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, ÖzbəkistanTacikistan nümayəndə heyəti komandanlığın idarəetmə məntəqəsinə gəlib.
Təlim iştirakçılarının hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verildikdən sonra təlimdə icra ediləcək fəaliyyətlər barədə xəritə üzərində və videokonfrans vasitəsilə məruzələr dinlənilib.
Sonda qonaqlar "Birləşdik - 2024" beynəlxalq təliminin taktiki epizodunu izləyiblər.
© AR Ministry of Defence"Birləşdik - 2024" təliminin taktiki epizodu nümayiş etdirilib
Birləşdik - 2024 təliminin taktiki epizodu nümayiş etdirilib - Sputnik Azərbaycan, 1920, 17.07.2024
"Birləşdik - 2024" təliminin taktiki epizodu nümayiş etdirilib
Məhdudgörmə şəraitində qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə tapşırıqlar təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıqla icra edilib.
© AR Ministry of Defence"Birləşdik - 2024" təliminin taktiki epizodu nümayiş etdirilib
Birləşdik - 2024 təliminin taktiki epizodu nümayiş etdirilib - Sputnik Azərbaycan, 1920, 17.07.2024
"Birləşdik - 2024" təliminin taktiki epizodu nümayiş etdirilib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0