CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

© Azerbaijan Railways CJSCQatar, arxiv
Qatar, arxiv - Sputnik Azərbaycan, 1920, 17.07.2024
Abunə olmaq
Əlavə təyin edilən qatarlar iyulun 20-də saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 21-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
BAKI, 17 iyul — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Sputnik Azərbaycan bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyulun 20-də saat 09:15-də Bakıdan - Ağstafaya, iyunun 21-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0