SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya Ermənistanın hərbiləşdirilməsinin qarşısını almalıdır - azərbaycanlı ekspert

© AFP 2024 / ARIS MESSINISErməni hərbçiləri, arxiv
Erməni hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 16.07.2024
Abunə olmaq
Hərbi ekspert bildirir ki, Ermənistanın Cənubi Qafqazda silahlanması və güclənməsi, ordu quruculuğu Qərbə lazımdır, xüsusən də Fransa və ABŞ bu işdə maraqlıdır.
BAKI, 16 iyul — Sputnik. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımlar, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qalır. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Helqa Şmid ilə görüşündə bildirib.
Azərbaycan XİN rəhbəri sülh gündəliyinin irəli aparılmasına mane olan digər məqamları da açıqlayıb. Ancaq biz Ermənistanın sürətlə hərbiləşməsi fikrini açmağa çalışacağıq. Xatırladaq ki, Cənubi Qafqazda sabitlik hökm sürsə də, bu sabitliyin nisbi xarakter daşıdığı kimsəyə sirr deyil. Azərbaycan və Ermənistan qarşılıqlı olaraq yeni eskalasiyada maraqlı olmadıqlarını bildirir. Bununla belə hər iki tərəf hərbi potensialını artırır.
Xüsusən də, Ermənistanın Hindistan və Fransa vasitəsilə hərbi-texniki təminatı, ABŞ-la planlaşdırılan hərbi təlimləri, Aİ missiyasının Azərbaycan-Ermənistan sərhədində genişlənməsi artan sürətli hərbiləşmənin elementləri kimi qeyd edilə bilər.
Əslində bu baş verənlər Rusiyanı da narahat edir. Son həftə Rusiya XİN rəsmiləri verdikləri açıqlamlarda İrəvana atdığı addımların məntiqi sonluğunu düşünməyə çağırış edilir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Ermənistan və ABŞ arasında qarşıdan gələn "Eagle Partner" təlimləri, xüsusən İrəvanın KTMT-də iştirakını dondurması fonunda təəssüf doğurur. Həmçinin Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Rusiya tərəfi İrəvanın təsdiqi ilə Aİ missiyasının daimi missiyaya çevrilə biləcəyindən narahatdır.
Bəs Ermənistanda artan sürətli hərbiləşmə deyəndə nələr nəzərdə tutulur?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli bildirib ki, Ermənistanın silahlanmasından Azərbaycanın narahatlıq ifadə etməsi təbiidir: "Amma həm də digər region ölkələri bu məsələyə öz mövqeyini bildirməlidir. Rusiya isə regionun ən böyük ölkəsi olaraq, prosesin qarşısını almaq üçün konkret addımlar atmalıdır. Narahatlığın əsası var. Çünki Ermənistan Fransa ilə əlaqələrindən istifadə edıərək ordusunun formatını tamamilə dəyişir. Ermənistan ordusu hücum formatlı orduya çevrilir. Hindistan və Fransadan alınan artilleriya sistemləri, tank əleyhinə idarəolunan raketlər, reaktiv yaylım atəş sistemləri, yeni radio lokasiya və elektron mübarizə sistemləri bunu deməyə əsas verir"
© Photo : AZƏRTACRamil Məmmədli
Ramil Məmmədli - Sputnik Azərbaycan, 1920, 15.07.2024
Ramil Məmmədli
Onun sözlərinə görə, Ermənistan yeni ordu quruculuğu istiqamətini tutub: "Ermənistan 30 il ərzində işğal siyasəti yürüdən, ətrafındakı bütün qonşulara ərazi iddiaları irəli sürən, aqressiya nümayiş etdirən ölkədir. Onun bu siyasətinə qarşı Qərbin münasibəti isə illər ərzində birmənalı olmayıb. Qərbin bölgədəki jandarmı olan Fransa işğalçı Ermənistanı humanist ölkə kimi təqdim edir. Bu isə qəbuledilməzdir. Ermənistanın Cənubi Qafqazda silahlanması və güclənməsi, ordu quruculuğu Qərbə lazımdır, xüsusən də Fransa və ABŞ bu işdə maraqlıdır. Məqsəd regionda regionda itirilmiş mövqeləri bərpa etməkdir".
"SSRİ dağılanda adı çəkilən ölkələr bölgəmizdə güclənmişdilər, Gürcüstanı tam olaraq ələ keçirmişdilər, Azərbaycana müəyyən şərtlər diktə olunurdu. Bu baxımdan, birmənalı olarq Ermənistanın silahlanması Cənubi Qafqazda hərbi balansın pozulmasına hesablanıb. Biz bilirik ki, Həm Rusiya, həm İran, həm də Türkiyə Cənubi Qafqazda sülh və əminəmanlığın tərəfdarıdır. Bu gün Rusiya Ukrayna cəbhəsində, Qərblə, ABŞ-la döyüşür. Odur ki, Cənubi Qafqazda hər hansı bir qarşıdurmanın olmasında maraqlı deyil" - hərbi ekspert qeyd edib.
Məmmədli əlavə edib ki, Azərbaycan-Rusiya əlaqələri son otuz ildəki pik həddinə çatıb:
"Ölkələrimiz bir-birinə qarşı təhlükə yaratmır, narahatedici adddımlar atmır. Gürcüstan isə 2000-ci illərin əvvəlindən başlamış yanlış regional siyasəti anlayaraq artıq Qərblə eyni səviyyədə danışmaq niyyətini ortaya qoyub. Məhz Gürcüstandakı qarşıdurmalar, sabitliyin pozulmasına yönəlmiş hərəkətlər Qərbin bu ölkənin müstəqil siyasət yürütmək niyyətinin qarşısını almaq məqqsədi daşıyır. Ermənistan isə Paşinyanın timsalında Qərblə mövqeləri yaxınlaşdırır. Ermənistan və Qərb arasında münasibətlərin dərinləşməsi narahatedici məqamdır. Bunun qarşısı alınmasa Qərbin bufer ölkəsi kimi Ermənistan Türkiyənin, İranın Rusiyanın maraqlı olduğu bölgədə stabilliyinin pozulmasına yönəlmiş addımlar ata bilər".
VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa da mövzu ilə bağlı fikirlərini bölüşüb.
Fazil Mustafanın fikrincə, Ermənistanın ayrı-ayrı ölkələrdən silahlar alması, hərbi arsenalını gücləndirməsi bu ölkənin müharibəyə hazırlaşması kimi qəbul edilir: "Buna görə də Azəbryacan dəfələlərlə xəbərdar edib ki, özü üçün hansısa təhlükə görərsə, cavab tədbirləri icra edəcək. Bizim əsas niyyətimiz sülh bağlamaqdır. Ermənistan isə sülhdən danışıb bu cür silahlanmaya gedirsə, bu o deməkdir ki, Ermənistan sülhü görüntü üçün istifadə edir. Aydın olur ki, Ermənistanın məqsədi sülh prosesini hərbi məcraya yönləndirməkdir. Amma qeyd olunmalıdır ki, Ermənistan bununla özünü təhlükə altına qoyur".
© Sputnik / Murad OrujovMillət vəkili Fazil Mustafa
Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 15.07.2024
Millət vəkili Fazil Mustafa
"Sülh Azərbaycanın strateji hədəfidir. Ermənistan bizi bu hədəfdən yayındırmağa çalışarsa, alternativ cavab tədbirləri görüləcək. Azərbaycan bu addımları çəkinməyəcəyindən Ermənistan rəhbərliyi də bilir. Ona görə də yaxşı olardı ki, Ermənistan tərəfi sülhə yönəlik konkret addımlar atsın və sülhə irəliləmək mümkün olsun" – millət vəkili bildirib.
Xəbər lenti
0