DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Respublikaçılar Üçüncü Dünya Müharibəsinin qarşısını alacaqlarını vəd edirlər

© AP Photo / Rebecca BlackwellDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.07.2024
Abunə olmaq
Respublikaçıların Milli Konvensiyası Trampın ABŞ prezidentliyinə namizədliyini rəsmən irəli sürüb.
BAKI, 16 iyul — Sputnik. ABŞ Respublikaçılar Partiyası Miluokidə keçirilən qurultayında ölkə vətəndaşlarına üçüncü dünya müharibəsinin qarşısını almağa söz verdiyi vahid platformanı təsdiqləyib.
Bu barədə TASS xəbər verib.
Bildirilib ki, respublikaçılar, həmçinin ABŞ-ın hər yerində "Dəmir günbəz" raketdən müdafiə sistemi yaratmaq və dolları dünya ehtiyat valyutası kimi saxlamaq niyyətindədirlər.
Qeyd edək ki, platformada birbaşa Rusiya və Ukraynanın adı çəkilməyib, lakin mətndə Avropada sülhün bərpa olunmasının vacibliyi vurğulanıb.
ABŞ Respublikaçılar Partiyasının platforması partiyanın həyata keçirməyə çalışdığı əsas prinsiplər, məqsədlər və siyasi mövqelər toplusudur. Tipik olaraq, sənəd dörd ildən bir nəzərdən keçirilir və yenilənir.
Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Trampın Respublikaçılar Partiyasının qurultayının nümayəndələrinə qulağında sarğı ilə gəldiyi bildirilib. O, mitinqdə sui-qəsd nəticəsində yaralanıb.
Qeyd edək ki, Respublikaçıların Milli Konvensiyası Trampın ABŞ prezidentliyinə namizədliyini rəsmən irəli sürüb.
Xəbər lenti
0