https://sputnik.az/20240716/esede-yaxin-suriyali-is-adami-srailin-endirdiyi-zerbe-neticesinde-oldurulub-466054205.html
Əsədə yaxın suriyalı iş adamı İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb
Əsədə yaxın suriyalı iş adamı İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb
Sputnik Azərbaycan
İsrail Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də törətdiyi terror aktına cavab olaraq Suriya və Livanda zərbələr endirib. 16.07.2024, Sputnik Azərbaycan
2024-07-16T16:39+0400
2024-07-16T16:39+0400
2024-07-16T16:40+0400
bəşər əsəd
dünya xəbərləri
biznesmen
suriya
israil
iş adamı
https://cdnn1.img.sputnik.az/img/07e8/07/10/466054035_0:160:3072:1888_1920x0_80_0_0_0da33ec35ac5b5e0faab62cc38a254b8.jpg
BAKI, 16 iyul — Sputnik. Suriya prezidenti Bəşər Əsədə yaxın olan suriyalı məşhur iş adamı Baraa Katerci dünən, iyulun 15-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. Reuters xəbər verir ki, hava hücumu Livan-Suriya sərhədinə yaxın əraziyə endirilib. Baraa Katerci və onun qardaşı Hossam neft hasilatı, logistika və nəqliyyat sahəsində biznesləri idarə edən Katerci Group konqlomeratın sahibidir. Baraa Katerci və onun şirkəti neft tədarükünə yardım etdiyinə və Əsəd rejimini maliyyələşdirdiyinə görə ABŞ və Aİ sanksiyaları altındadır. İsrail Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də törətdiyi terror aktına cavab olaraq Suriya və Livanda zərbələr endirib. Daha sonra İsrailə qarşı kütləvi raket hücumundan sonra HƏMAS yaraqlıları İsrail ərazisini işğal ediblər. Həmin gün 1300-dən çox israilli ölüb, minlərlə insan yaralanıb. Təxminən 250 nəfər girov götürülüb. İsrailə görə, 116 nəfər hələ də HƏMAS tərəfindən əsir götürülüb, onlardan bəzilərinin öldüyü ehtimal edilir. 135 nəfər İsrail tərəfindən əməliyyat və mübadilə yolu ilə azad edilib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, müharibənin sonrakı aylarında 38 minə yaxın insan Qəzza zolağında həlak olub, 87,7 min nəfəri isə yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/10/466054035_171:0:2902:2048_1920x0_80_0_0_45cb23d9ead01fb03f7f28532d3c3c56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bəşər əsəd, biznesmen, suriya, israil, iş adamı
bəşər əsəd, biznesmen, suriya, israil, iş adamı
Əsədə yaxın suriyalı iş adamı İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb
16:39 16.07.2024 (Yenilənib: 16:40 16.07.2024) İsrail Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də törətdiyi terror aktına cavab olaraq Suriya və Livanda zərbələr endirib.
BAKI, 16 iyul — Sputnik. Suriya prezidenti Bəşər Əsədə yaxın olan suriyalı məşhur iş adamı Baraa Katerci dünən, iyulun 15-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. Reuters xəbər verir ki, hava hücumu Livan-Suriya sərhədinə yaxın əraziyə endirilib.
Baraa Katerci və onun qardaşı Hossam neft hasilatı, logistika və nəqliyyat sahəsində biznesləri idarə edən Katerci Group konqlomeratın sahibidir. Baraa Katerci və onun şirkəti neft tədarükünə yardım etdiyinə və Əsəd rejimini maliyyələşdirdiyinə görə ABŞ və Aİ sanksiyaları altındadır.
İsrail Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də törətdiyi terror aktına cavab olaraq Suriya və Livanda zərbələr endirib. Daha sonra İsrailə qarşı kütləvi raket hücumundan sonra HƏMAS yaraqlıları İsrail ərazisini işğal ediblər. Həmin gün 1300-dən çox israilli ölüb, minlərlə insan yaralanıb. Təxminən 250 nəfər girov götürülüb. İsrailə görə, 116 nəfər hələ də HƏMAS tərəfindən əsir götürülüb, onlardan bəzilərinin öldüyü ehtimal edilir. 135 nəfər İsrail tərəfindən əməliyyat və mübadilə yolu ilə azad edilib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, müharibənin sonrakı aylarında 38 minə yaxın insan Qəzza zolağında həlak olub, 87,7 min nəfəri isə yaralanıb.