https://sputnik.az/20240716/bmt-dunya-ehalisinin-ne-vaxt-pik-heddine-catacagini-aciqlayib-466040299.html
BMT dünya əhalisinin nə vaxt pik həddinə çatacağını açıqlayıb
BMT dünya əhalisinin nə vaxt pik həddinə çatacağını açıqlayıb
Sputnik Azərbaycan
2050-ci ilə qədər yaşlı insanların sayı körpələrdən iki dəfə çox ola bilər. 16.07.2024, Sputnik Azərbaycan
2024-07-16T08:02+0400
2024-07-16T08:02+0400
2024-07-16T08:02+0400
bmt
dünya xəbərləri
uşaq
əhali
əhali artımı
bmt-nin əhali fondu
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0f/466040132_0:161:3071:1888_1920x0_80_0_0_d114dfc808188cc88d6aa21bfc1972e6.jpg
BAKI, 16 iyul — Sputnik. Dünya əhalisinin sayı 2080-ci illərin ortalarında pik həddə çatacaq. Bu, 10,3 milyard nəfər təşkil edəcək. 2100-cü ilə qədər cüzi - 10,2 milyardadək azalma olacaq. Bunu Birləşmiş Millətlər Təşkilatının ekspertləri müəyyən ediblər. Mütəxəssislərin fikrincə, 2100-cü ildə dünya əhalisi 2013-cü ildə proqnozlaşdırılandan 6% (və ya 700 milyon nəfər) az olacaq. Son illər dünyada demoqrafik vəziyyət xeyli dəyişib - məsələn, dünyanın bəzi ən böyük ölkələrində (xüsusən də Çində) doğum nisbətində azalma müşahidə olunur. Hazırda dünya əhalisinin 8,2 milyard nəfər olduğu təxmin edilir. Dörddə birindən çoxu və ya 28%-i 63 ölkədə və ya regionda yaşayır. 30 il ərzində Braziliya, İran və Türkiyə də daxil olmaqla 50 ölkədə əhali pik həddə çatacaq. 2054-cü ildən sonra 120 ölkədə əhalinin artımı davam edəcək. Bunlara Hindistan, İndoneziya, Nigeriya, Pakistan və ABŞ daxildir. 2054-cü ildə orta ömür uzunluğu 77,4 il olacaq. Ekspertlər qeyd ediblər ki, hakimiyyət əhalinin qocalması problemini həll etməli olacaq. "Science Alert" xəbər verib ki, 2070-ci ilin sonuna qədər 65 yaşdan yuxarı insanların sayının 2,2 milyard nəfərə çatacağı proqnozlaşdırılır, bu da 18 yaşından kiçik insanların sayını üstələyir. Mütəxəssislər 2019-cu ildə bəşər tarixində ilk dəfə olaraq yaşlı insanların sayının uşaqların sayından çox olduğunu bildiriblər. Planetdə yaşı 65-dən yuxarı olan 705 milyon insan və beş yaşa qədər 650 milyon uşaq olub. 2050-ci ilə qədər yaşlı insanların sayı körpələrdən iki dəfə çox ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0f/466040132_171:0:2902:2048_1920x0_80_0_0_3db3005dbaa2486f79212ce080ccf518.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bmt, uşaq, əhali, əhali artımı, bmt-nin əhali fondu
bmt, uşaq, əhali, əhali artımı, bmt-nin əhali fondu
BMT dünya əhalisinin nə vaxt pik həddinə çatacağını açıqlayıb
2050-ci ilə qədər yaşlı insanların sayı körpələrdən iki dəfə çox ola bilər.
BAKI, 16 iyul — Sputnik. Dünya əhalisinin sayı 2080-ci illərin ortalarında pik həddə çatacaq. Bu, 10,3 milyard nəfər təşkil edəcək. 2100-cü ilə qədər cüzi - 10,2 milyardadək azalma olacaq.
Bunu Birləşmiş Millətlər Təşkilatının ekspertləri müəyyən ediblər.
Mütəxəssislərin fikrincə, 2100-cü ildə dünya əhalisi 2013-cü ildə proqnozlaşdırılandan 6% (və ya 700 milyon nəfər) az olacaq. Son illər dünyada demoqrafik vəziyyət xeyli dəyişib - məsələn, dünyanın bəzi ən böyük ölkələrində (xüsusən də Çində) doğum nisbətində azalma müşahidə olunur.
Hazırda dünya əhalisinin 8,2 milyard nəfər olduğu təxmin edilir. Dörddə birindən çoxu və ya 28%-i 63 ölkədə və ya regionda yaşayır. 30 il ərzində Braziliya, İran və Türkiyə də daxil olmaqla 50 ölkədə əhali pik həddə çatacaq.
2054-cü ildən sonra 120 ölkədə əhalinin artımı davam edəcək. Bunlara Hindistan, İndoneziya, Nigeriya, Pakistan və ABŞ daxildir. 2054-cü ildə orta ömür uzunluğu 77,4 il olacaq.
Ekspertlər qeyd ediblər ki, hakimiyyət əhalinin qocalması problemini həll etməli olacaq. "Science Alert" xəbər verib ki, 2070-ci ilin sonuna qədər 65 yaşdan yuxarı insanların sayının 2,2 milyard nəfərə çatacağı proqnozlaşdırılır, bu da 18 yaşından kiçik insanların sayını üstələyir.
Mütəxəssislər 2019-cu ildə bəşər tarixində ilk dəfə olaraq yaşlı insanların sayının uşaqların sayından çox olduğunu bildiriblər. Planetdə yaşı 65-dən yuxarı olan 705 milyon insan və beş yaşa qədər 650 milyon uşaq olub. 2050-ci ilə qədər yaşlı insanların sayı körpələrdən iki dəfə çox ola bilər.