https://sputnik.az/20240715/ukraynali-kibercinayetkar-vaxtindan-evvel-azadliga-cixmaq-isteyir-466046041.html
Ukraynalı kibercinayətkar vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Ukraynalı kibercinayətkar vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Sputnik Azərbaycan
Azərbaycan vətəndaşlarından milyonlarla vəsait oğurladığı üçün 12 il müddətinə azadlıqdan məhrum edilən Ukrayna vətəndaşı məhkəməyə müraciət edib. 15.07.2024, Sputnik Azərbaycan
2024-07-15T22:05+0400
2024-07-15T22:05+0400
2024-07-15T22:05+0400
cəmiyyət
kibercinayət
ukrayna
ukraynalı
oğurluq
penitensiar müəssisə
penitensiar xidmət
ədliyyə nazirliyi penitensiar xidməti
məhkəmə
pos-terminal
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461804821_0:161:3070:1888_1920x0_80_0_0_c069c6828409180182f901f81bb60449.jpg
BAKI, 15 iyul - Sputnik. Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvü, Ukrayna vətəndaşı Serb Andrey Borisoviç saxlandığı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.Kibercinayətkar səhhətindəki problemlərlə bağlı vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.Müraciətə Nizami rayon Məhkəməsində baxılır.Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin mayında yaydıqları birgə məlumata əsasən, müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması məlum olub.Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç saxlanılaraq istintaqa cəlb olunub, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, vətəndaşların oğurlanmış təxminən 2 milyon manata yaxın vəsaitinin özlərinə geri qaytarılması təmin edilib(Report).Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461804821_170:0:2901:2048_1920x0_80_0_0_bbfa8cd2c07f88d32e46b2fcadac886b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kibercinayət, ukrayna, ukraynalı, oğurluq, penitensiar müəssisə, penitensiar xidmət, ədliyyə nazirliyi penitensiar xidməti, məhkəmə, pos-terminal
kibercinayət, ukrayna, ukraynalı, oğurluq, penitensiar müəssisə, penitensiar xidmət, ədliyyə nazirliyi penitensiar xidməti, məhkəmə, pos-terminal
Ukraynalı kibercinayətkar vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Azərbaycan vətəndaşlarından milyonlarla vəsait oğurladığı üçün 12 il müddətinə azadlıqdan məhrum edilən Ukrayna vətəndaşı məhkəməyə müraciət edib.
BAKI, 15 iyul - Sputnik. Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvü, Ukrayna vətəndaşı Serb Andrey Borisoviç saxlandığı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Kibercinayətkar səhhətindəki problemlərlə bağlı vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.
Müraciətə Nizami rayon Məhkəməsində baxılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin mayında yaydıqları birgə məlumata əsasən, müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması məlum olub.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç saxlanılaraq istintaqa cəlb olunub, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, vətəndaşların oğurlanmış təxminən 2 milyon manata yaxın vəsaitinin özlərinə geri qaytarılması təmin edilib(Report).
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.