https://sputnik.az/20240715/tramp-ve-fitsoya-qarsi-sui-qesd-cehdleri-eyni-zencirin-halqalaridir-466035408.html
İvanişviliyə, Fitsoya və Trampa sui-qəsd cəhdləri eyni qüvvənin işidir - Kobaxidze
İvanişviliyə, Fitsoya və Trampa sui-qəsd cəhdləri eyni qüvvənin işidir - Kobaxidze
Sputnik Azərbaycan
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti İvanişviliyə qarşı sui-qəsdin hazırlanmasını araşdırdığını elan edib. 15.07.2024, Sputnik Azərbaycan
2024-07-15T15:45+0400
2024-07-15T15:45+0400
2024-07-24T13:45+0400
tramp
dünya xəbərləri
robert fitso
donald tramp
sui-qəsd
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0e/466011971_0:160:3072:1888_1920x0_80_0_0_3ddb7987cb89b4d5ccc5ebbc904f1471.jpg
BAKI, 24 iyul — Sputnik. Hakim "Gürcü arzusu" partiyasının fəxri sədri Bidzina İvanişviliyə sui-qəsd cəhdi Slovakiyada baş nazir Robert Fitsoya və ABŞ-da prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi edən eyni siyasi qüvvələrin işidir. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. "Bu yaxınlarda iki terror aktı baş verib - biri Slovakiyada, ikincisi ABŞ-da. Bu, qlobal siyasi qüvvələri xarakterizə edən ümumi imzadır" - Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin İvanişvili haqqında sui-qəsd cəhdi ilə bağlı araşdırmasını şərh edərkən bildirib. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti İvanişviliyə qarşı sui-qəsdin hazırlanmasını araşdırdığını elan edib. Kəşfiyyat xidmətinin məlumatına görə bu, Ukraynada yaşayan keçmiş gürcü məmurları tərəfindən təşkil edilib və maliyyələşdirilib. Bundan əvvəl "Mtavari Arxi" televiziya şirkəti Dövlət Təhlükəsizliyi Xidmətinin Ukraynadan qayıdan bir sıra muzdlular arasında dindirmə keçirdiyi barədə məlumat yayıb.15.07.24, 19:44Tramp və Fitsoya qarşı sui-qəsd cəhdləri eyni zəncirin halqalarıdırABŞ-ın sabiq Prezidenti Donald Tramp və Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdləri eyni zəncirin halqalarıdır. Bunu Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri Vladimir Roqov Novosti-yə deyib. "Tramp və Fitsoya qarşı edilən sui-qəsd cəhdləri eyni zəncirin halqalarıdır", ekspert bildirib. Onun sözlərinə görə, "qlobalistlər" tərəfindən öz xalqının milli maraqlarını müdafiə edən siyasətçiləri kənarlaşdırmaq cəhdləri baş verir. Roqov qeyd edib ki, Trampın artıq təhlükəsiz olduğu zaman atəş açanın aradan qaldırılması ilə bağlı suallar yaranır. Naməlum şəxsin silahla damın üstünə çıxması barədə təhlükəsizlik qüvvələrinə məlumat verilsə də, heç bir reaksiya verilməməsi eksperti də çaş-baş salıb. "Sui-qəsd cəhdinin tək insanın təşəbbüsü olduğuna çox şübhə edirəm", Roqov qeyd edib. Xatırladaq ki, amerikalı siyasətçiyə qarşı edilən sui-qəsd cəhdi iyulun 14-də Pensilvaniyada keçirilən seçkiqabağı mitinq zamanı baş verib. Təcavüzkar tüfəngdən bir neçə dəfə atəş açıb, nəticədə sabiq prezident qulağından yaralanıb. Güllə Trampın başından bir santimetr yan keçib. ABŞ-ın sabiq prezidenti Donald Trump ona edilən sui-qəsdi şərh edərkən, ölməli olduğunu, lakin möcüzənin baş verdiyini etiraf edib. "Xəstəxanadakı həkim belə bir şeyi görmədiyini qeyd edərək bunun möcüzə olduğunu deyib. Məm ölməli idim" - amerikalı siyasətçi" The New York Post "qəzetinə bildirib. Qetd edək ki, may ayında Slovakiyanın Baş naziri Fitso səyyar hökumət iclasından sonra sui-qəsdə məruz qalıb. Bundan sonra siyasətçi sağ qalaraq uzun müddət müalicə olunub. Sonradan məlum olub ki, Fitsoya odlu silahdan açılan atəş onun siyasi rəqibi Yuray Tsintul tərəfindən həyata keçirilib. 71 yaşlı Yuray şübhəli bilinərək saxlanılıb.
https://sputnik.az/20240722/donald-trampa-sui-qesd-edilib-466009792.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0e/466011971_171:0:2902:2048_1920x0_80_0_0_e12e800b16707381f4074857d015d2fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tramp, robert fitso, donald tramp, sui-qəsd, abş
tramp, robert fitso, donald tramp, sui-qəsd, abş
İvanişviliyə, Fitsoya və Trampa sui-qəsd cəhdləri eyni qüvvənin işidir - Kobaxidze
15:45 15.07.2024 (Yenilənib: 13:45 24.07.2024) Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti İvanişviliyə qarşı sui-qəsdin hazırlanmasını araşdırdığını elan edib.
BAKI, 24 iyul — Sputnik. Hakim "Gürcü arzusu" partiyasının fəxri sədri Bidzina İvanişviliyə sui-qəsd cəhdi Slovakiyada baş nazir Robert Fitsoya və ABŞ-da prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi edən eyni siyasi qüvvələrin işidir.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Bu yaxınlarda iki terror aktı baş verib - biri Slovakiyada, ikincisi ABŞ-da. Bu, qlobal siyasi qüvvələri xarakterizə edən ümumi imzadır" - Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin İvanişvili haqqında sui-qəsd cəhdi ilə bağlı araşdırmasını şərh edərkən bildirib.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti İvanişviliyə qarşı sui-qəsdin hazırlanmasını araşdırdığını elan edib. Kəşfiyyat xidmətinin məlumatına görə bu, Ukraynada yaşayan keçmiş gürcü məmurları tərəfindən təşkil edilib və maliyyələşdirilib.
Bundan əvvəl "Mtavari Arxi" televiziya şirkəti Dövlət Təhlükəsizliyi Xidmətinin Ukraynadan qayıdan bir sıra muzdlular arasında dindirmə keçirdiyi barədə məlumat yayıb.
Tramp və Fitsoya qarşı sui-qəsd cəhdləri eyni zəncirin halqalarıdır
ABŞ-ın sabiq Prezidenti Donald Tramp və Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdləri eyni zəncirin halqalarıdır.
Bunu Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri Vladimir Roqov Novosti-yə deyib.
"Tramp və Fitsoya qarşı edilən sui-qəsd cəhdləri eyni zəncirin halqalarıdır", ekspert bildirib.
Onun sözlərinə görə, "qlobalistlər" tərəfindən öz xalqının milli maraqlarını müdafiə edən siyasətçiləri kənarlaşdırmaq cəhdləri baş verir. Roqov qeyd edib ki, Trampın artıq təhlükəsiz olduğu zaman atəş açanın aradan qaldırılması ilə bağlı suallar yaranır. Naməlum şəxsin silahla damın üstünə çıxması barədə təhlükəsizlik qüvvələrinə məlumat verilsə də, heç bir reaksiya verilməməsi eksperti də çaş-baş salıb.
"Sui-qəsd cəhdinin tək insanın təşəbbüsü olduğuna çox şübhə edirəm", Roqov qeyd edib.
Xatırladaq ki, amerikalı siyasətçiyə qarşı edilən sui-qəsd cəhdi iyulun 14-də Pensilvaniyada keçirilən seçkiqabağı mitinq zamanı baş verib. Təcavüzkar tüfəngdən bir neçə dəfə atəş açıb, nəticədə sabiq prezident qulağından yaralanıb. Güllə Trampın başından bir santimetr yan keçib.
ABŞ-ın sabiq prezidenti Donald Trump ona edilən sui-qəsdi şərh edərkən, ölməli olduğunu, lakin möcüzənin baş verdiyini etiraf edib.
"Xəstəxanadakı həkim belə bir şeyi görmədiyini qeyd edərək bunun möcüzə olduğunu deyib. Məm ölməli idim" - amerikalı siyasətçi" The New York Post "qəzetinə bildirib.
Qetd edək ki, may ayında Slovakiyanın Baş naziri Fitso səyyar hökumət iclasından sonra sui-qəsdə məruz qalıb. Bundan sonra siyasətçi sağ qalaraq uzun müddət müalicə olunub. Sonradan məlum olub ki, Fitsoya odlu silahdan açılan atəş onun siyasi rəqibi Yuray Tsintul tərəfindən həyata keçirilib. 71 yaşlı Yuray şübhəli bilinərək saxlanılıb.