CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 15 iyul – FOTO

© Sputnik15 iyul
15 iyul - Sputnik Azərbaycan, 1920, 15.07.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 15 iyul — Sputnik. İyulun 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 15-də kim anadan olub?
Cəlal Qaryağdı (1914-2001) - Azərbaycan SSR xalq rəssamı və heykəltəraşdır. Onun ən əhəmiyyətli əsərləri Bakıdakı Nəriman Nərimanovun heykəli, Bərdədəki şəhid olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə və Lənkəranda general Həzi Aslanovun büstüdür.
© Photo : Public DomenCəlal Qaryağdı
Cəlal Qaryağdı - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Cəlal Qaryağdı
Azər Rzayev (1930-2015) - Azərbaycan SSR xalq artisti və bəstəkardır. O, 1972-1987-ci illərdə Azərbaycan Opera və Balet Teatrının direktoru olub. Bəstəkar teatr tamaşalarına və filmlərə musiqilər yazıb.
© Photo : Public DomenAzər Rzayev
Azər Rzayev - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Azər Rzayev
Ayris Mördok (1919-1999) - ingilis yazıçısıdır. O, "Buker" mükafatının bir neçə dəfə laureatı olub. Yazıçı "Şəbəkə altında", "Kəsilmiş baş", "Birbuynuzlu at" və "Qara Şahzadə" və əsərləri ilə ilə tanınıb.
© Photo : Public DomenAyris Mördok
Ayris Mördok - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Ayris Mördok
Terri O'Kuinn (1952) - ABŞ aktyorudur. O, "Sağ qalmaq" və "Minillik" filmlərində rol alıb. Aktyor "Sağ qalmaq" serialındakı roluna görə "Dramda ən yaxşı ikinci plan aktyoru" kateqoriyasında ABŞ-ın "Emmi" mükafatına layiq görülüb.
© AFP 2024 / CHRIS DELMASTerri O'Kuinn
Terri O'Kuinn  - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Terri O'Kuinn
Forest Uitaker (1961) - ABŞ aktyoru, rejissoru və prodüseridir. O, "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmi" mükafatlarının qalibidir. Aktyor ən yaxşı aktyor nominasiyasında "Oskar" qazanan dördüncü afroamerikalı olub.
© AFP 2024 / PATRICK T. FALLONForest Uitaker
Forest Uitaker - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Forest Uitaker
Brayan Ostin Qrin (1973) - amerikalı aktyordur. O, 1990-2000-ci illərdə oynadığı "Beverli Hills, 90210" televiziya serialındakı Devid Silver rolu ilə məhşurluq qazanıb.
© AFP 2024 / MICHAEL TRANBrayan Ostin Qrin
Brayan Ostin Qrin  - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Brayan Ostin Qrin
15 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1783-cü ildə fransız mühəndis Klod Fransua Dorote de Joffrua, Lion yaxınlığındakı Sona çayında tarixin ilk paroxodunu sınaqdan keçirib. 182 ton yerdəyişmə qabiliyyətinə malik olan gəmi tək silindrli üfüqi mühərriklə idarə olunub. Cərəyana qarşı 365 metr məsafəni qət edərək gəmi sahilə yaxınlaşmaq məcburiyyətində qalıb.
1815-ci ildə Napoleon Bonapart İngiltərənin "Bellerofont" gəmisinin kapitanına təslim olub. Bundan sonra o, Müqəddəs Yelena adasına sürgün edilib və 1921-ci ildə orada həyatını itirib.
1954-cü ildə ABŞ-da "Boeing 707" adlı dörd turbinli reaktiv avialayner sınaq uçuşunu həyata keçirib.
1996-cı ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0