CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evsizlərin diqqətinə: Abşeronda kirayə mənzillər satışa çıxarılıb

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMənzil, arxiv şəkli
Mənzil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.07.2024
Abunə olmaq
Yeni mənzillər seçim üçün 22 iyul 2024-cü ildən etibarən açıq olacaq.
BAKI, 15 iyul — Sputnik. İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 149 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verib.
Bu barədə Sputnik Azərbaycana Fonddan bildirilib. Məlumata görə, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 376 manatdan başlayır. Yeni mənzillər seçim üçün 22 iyul 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5078 kirayə müqaviləsi bağlanıb.
07.06.23, 13:16
Satışa çıxarılan "kirayə mənzil"lərin siyahısı artırılıb
İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif ediyi yaşayış sahələrinin siyahısına daha 262 yeni, tam təmirli mənzil əlavə edilib.
Fonddan verilən məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksi üzrə 210 mənzil təklif olunur ki, bunlar da 1, 2 və 3 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 357 manatdan başlayır.
Daha 52 mənzil isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən kompleksdə təklif olunur. Mənzillər 2, 3 və 4 otaqlı olmaqla, aylıq ödənişləri 718 manatdan başlayır.
Yeni mənzillər elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün 21 iyun 2023-cü il tarixindən etibarən açıq olacaq.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3463 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), "1549" Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.
Xəbər lenti
0