CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Daşkəsənə yeni icra başçısı təyin edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, arxiv
Prezident İlham Əliyev, arxiv - Sputnik Azərbaycan, 1920, 15.07.2024
Abunə olmaq
Əhəd Abıyev ötən il İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
BAKI, 15 iyul - Sputnik. Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Orxan Abbasov əvvəllər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O, bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini olub.
Orxan Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetinin məzunudur.
Qeyd edək ki, ötən il iyulun 17-də Prezident İlham Əliyev Əhəd Abıyevin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
17.07.23, 20:13
Daşkəsənin icra başçısı vəzifəsindən azad edildi
Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Ə.Abıyev 2011-ci ilin fevral ayından Daşkəsənin icra başçısı vəzifəsində çalışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0