https://sputnik.az/20240715/bu-gun-hava-bele-olacaq---proqnoz-466020412.html
Sabah Azərbaycanda temperatur 40°-ni keçəcək
Sabah Azərbaycanda temperatur 40°-ni keçəcək
Sputnik Azərbaycan
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək... 15.07.2024, Sputnik Azərbaycan
2024-07-15T13:54+0400
2024-07-15T13:54+0400
2024-07-15T14:36+0400
cəmiyyət
isti
hava
yağış
azərbaycan
temperatur
https://cdnn1.img.sputnik.az/img/07e5/06/09/427167194_0:268:3163:2047_1920x0_80_0_0_56b9ef50ca9b6affbd7703c5754d456c.jpg
BAKI, 15 iyul - Sputnik. İyulun 16-da Azərbaycanda bəzi yerlərdə havanın 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.***İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 35-40 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu 34-39°, dağlarda 20-25° isti olacaq.Abşeron çimərliklərində gözlənilən hava şəraiti isə belə olacaq, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/09/427167194_0:0:2729:2047_1920x0_80_0_0_6a9747f00609996d964cd8810f5f0859.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
isti, hava, yağış, azərbaycan, temperatur
isti, hava, yağış, azərbaycan, temperatur
Sabah Azərbaycanda temperatur 40°-ni keçəcək
13:54 15.07.2024 (Yenilənib: 14:36 15.07.2024) Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
BAKI, 15 iyul - Sputnik. İyulun 16-da Azərbaycanda bəzi yerlərdə havanın 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 34-39°, dağlarda 20-25° isti olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti isə belə olacaq, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.