https://sputnik.az/20240715/bagcalara-qebul-baslayib-457124220.html
Sabahdan bağçalarda onlayn qeydiyyata start veriləcək
Sabahdan bağçalarda onlayn qeydiyyata start veriləcək
Sputnik Azərbaycan
Ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında yaş qrupları üçün sistem fərqli vaxtlarda aktiv ediləcək. 15.07.2024, Sputnik Azərbaycan
2024-07-15T14:15+0400
2024-07-15T14:15+0400
2024-07-15T14:43+0400
uşaq bağçası
təhsil
qəbul
uşaq bağçaları
onlayn
qeydiyyat
elektron qeydiyyat
https://cdnn1.img.sputnik.az/img/42405/92/424059215_0:121:1960:1224_1920x0_80_0_0_426aaf63f15cf52a3d621196cc50a2ea.jpg
BAKI, 15 iyul — Sputnik. İyulun 16-da məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına start veriləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qurumdan bildirilib ki, ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında yaş qrupları üçün sistem fərqli vaxtlarda aktiv ediləcək. Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.19:46 25.07.2023Uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna başlanılıb. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər. 1 avqust saat 11:00-da regional təhsil idarələri, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses sentyabrın 1-dək davam edəcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. Elektron qəbul sistemi 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək. Qeyd edək ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42405/92/424059215_128:0:1840:1284_1920x0_80_0_0_f4d29e5a340e2026e28c2b3565142a98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq bağçası, qəbul, uşaq bağçaları, onlayn, qeydiyyat, elektron qeydiyyat
uşaq bağçası, qəbul, uşaq bağçaları, onlayn, qeydiyyat, elektron qeydiyyat
Sabahdan bağçalarda onlayn qeydiyyata start veriləcək
14:15 15.07.2024 (Yenilənib: 14:43 15.07.2024) Ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında yaş qrupları üçün sistem fərqli vaxtlarda aktiv ediləcək.
BAKI, 15 iyul — Sputnik. İyulun 16-da məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına start veriləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında yaş qrupları üçün sistem fərqli vaxtlarda aktiv ediləcək.
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.
Uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna başlanılıb. Valideynlər
www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.
1 avqust saat 11:00-da regional təhsil idarələri, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses sentyabrın 1-dək davam edəcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Elektron qəbul sistemi 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Qeyd edək ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil.