https://sputnik.az/20240715/azerbaycan-ehalisinin-bosanmalarin-ve-yeni-dogulanlarin-sayi-aciqlandi-465377028.html
Azərbaycan əhalisinin sayı 0,2% artıb
Azərbaycan əhalisinin sayı 0,2% artıb
Sputnik Azərbaycan
Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. 15.07.2024, Sputnik Azərbaycan
2024-07-15T11:12+0400
2024-07-15T11:12+0400
2024-07-15T10:44+0400
əhali
cəmiyyət
say
boşanma
nəfər
nikah
https://cdnn1.img.sputnik.az/img/42397/43/423974381_0:0:2000:1125_1920x0_80_0_0_564bba0b2b343aa319b66d73ce7f0db8.jpg
BAKI, 15 iyul — Sputnik. Ölkə əhalisinin sayı ilin əvvəlindən 16376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-i vəziyyətinə 10197146 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub. Azərbaycanda bu ilin yanvar-may aylarında 25 519 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ildə əhalinin hər 1000 nəfəri üzrə bu göstərici azalaraq 6,2-dən 6,0-a düşüb.14.06.24, 23:24İlin əvvəlindən ölkə əhalisinin sayı 12801 nəfər və ya 0,13 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10193571 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ümumi əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 33575 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub. 2024-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% artaraq 31 milyard 899,3 milyon manat və ya hər nəfərə orta hesabla 3130,6 manat olub. Qeyd edək k, hesabat dövründə əhalinin sərəncamında qalan gəlirləri 27 milyard 940,9 milyon manat təşkil edib. Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13859 nikah və 6933 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42397/43/423974381_185:0:1958:1330_1920x0_80_0_0_e6ac0a264aa07d5ff837b72236999678.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əhali, say, boşanma, nəfər, nikah
əhali, say, boşanma, nəfər, nikah
Azərbaycan əhalisinin sayı 0,2% artıb
Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
BAKI, 15 iyul — Sputnik. Ölkə əhalisinin sayı ilin əvvəlindən 16376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-i vəziyyətinə 10197146 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.
Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur.
Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Azərbaycanda bu ilin yanvar-may aylarında 25 519 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ildə əhalinin hər 1000 nəfəri üzrə bu göstərici azalaraq 6,2-dən 6,0-a düşüb.
İlin əvvəlindən ölkə əhalisinin sayı 12801 nəfər və ya 0,13 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10193571 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ümumi əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 33575 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.
2024-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% artaraq 31 milyard 899,3 milyon manat və ya hər nəfərə orta hesabla 3130,6 manat olub.
Qeyd edək k, hesabat dövründə əhalinin sərəncamında qalan gəlirləri 27 milyard 940,9 milyon manat təşkil edib.
Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13859 nikah və 6933 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.